Previous Next
Bağla

“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

21-07-2023 11:58
“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl kibertəhlükəsizlik şirkətlərindən olan “DNS Sense” ilə əməkdaşlığa başlayıb.

Xeberler.az məlumat verir ki, əməkdaşlıq çərçivəsində “DNS Sense”ə məxsus və “AzInTelecom” MMC-nin sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən rəqəmsal məhsulların Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, bu məhsullar aktiv təhlükəsizliyi təmin edən bulud əsaslı DNS layer mühafizəsini həyata keçirir. Eyni zamanda fişinq, DNS saxtakarlığı, DNS tunelləmə, DNS əsaslı bot fəaliyyətlər və homoqlif domen adlarına qarşı güclü və effektiv birinci müdafiə təbəqəsi kimi xidmət edir.

Xidmət onu əldə edən korporasiyanın ümumi şəbəkə trafikini bir ekrandan izləməyə, idarə etməyə və hesabat verməyə imkan verir. Bundan əlavə, yoluxmuş cihazı aşkar etmək üçün qabaqcıl DNS analizini həyata keçirir. Həmçinin şəbəkənin ölçüsündən asılı olmayaraq, zərərli internet trafiki barədə məlumat verir. Bu da öz növbəsində şəbəkənin təhlükəsizlik siyasətini sərtləşdirmək imkanı yaradır.

Qeyd edək ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-04-2023

“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

31-01-2023

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022

“AzInTelecom” informasiya təhlükəsizliyi ilə bağlı yeni xidmətlər təqdim edir

13-06-2022

“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

26-10-2023

Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalandı  

22-09-2022

Avropanın regional internet qeydiyyatçısı serverini Azərbaycanda quracaq

05-03-2019

Bu gün DNS zonası üçün kriptoqrafik açar dəyişdiriləcək

11-10-2018

Ümumdünya internet-fəəlakətin qarşısı alındı

11-07-2008

“Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirilib

08-06-2023

Martın 31-də internet çökə bilər

29-03-2012

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023

"AzInTelecom"un Müştəri Xidmətləri 6 günlük iş rejiminə keçib

16-11-2022

“AzInTelecom” MMC İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətini təqdim edir

07-07-2022

Azərbaycanda pulsuz domen qeydiyyatı saytı yaradıldı

20-04-2016

“AzInTelecom” IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə ölkədə rəqəmsal transformasiyanı sürətləndirir

13-04-2023

“AzInTelecom” dövlət və özəl qurumlar üçün Kibertəhlükəsizlik xidməti göstərir

22-06-2022

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025

“AzInTelecom” kibermüharibə yarışının qalibi olub

11-10-2025

“AzInTelecom” lisenziyaların alınmasına 5 milyon manatdan artıq pul xərcləyəcək

22-08-2023

“AzInTelecom” “AmCham”a üzv oldu

08-08-2023

Azerfon-Vodafone və “DNS”-dən yeni təklif

24-12-2010

COP29-da ən çox kiberhücum olan saytların adları açıqlanıb

27-11-2024

«Azercell» şirkəti yeni kampaniyaya başlayır

30-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə