AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC “INMerge İnnovasiya Sammiti 2025”də iştirak edir.
Bakı Konqres Mərkəzində keçirilən və iki gündür davam edən sammitdə “AzInTelecom” nümayəndə heyəti yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirir, potensial tərəfdaşlıqlar müzakirə edilir.
Bundan başqa, sammitin sərgi ərazisində “AzInTelecom”un interaktiv stendi fəaliyyət göstərir. Stenddə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat verilir, ziyarətçilər stenddə təşkil olunmuş rəqəmsal çarx oyununda iştirak edərək müxtəlif hədiyyələr qazanırlar.
Qeyd edək ki, hər il təşkil olunan “INMerge” Sammiti” regionun ən böyük innovasiya tədbiri hesab olunur. Tədbirin məqsədi Azərbaycanın və regionun aparıcı texnologiya təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında birləşdirməkdir. Builki sammitdə “Netflix”, “OpenAI”, “NVIDIA” kimi nəhəng şirkətlərin rəhbər və nümayəndələri iştirak edir. Tədbirdə 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçi bir araya gəlib.
“AzInTelecom” haqqında
AZCON Holding-in tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim etməklə, iş dünyasında innovasiyalara liderlik edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları