“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir

24-04-2025 / 14:28

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (“STC-2025”) iştirak edir.

Xeberler.az bildirir ki, Avrasiyanın kosmik təşkilatları, milli peyk operatorları və sənaye nümayəndələrini bir araya gətirən tədbirdə “AzInTelecom” MMC stendlə çıxış edir. Stenddə konfrans iştirakçılarına şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat verilir. Kosmik sahədə müxtəlif qurumların təmsilçilərinə lazım olan “bulud” texnologiyaları və rəqəmsal həllər təklif olunur. Eləcə də beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi üçün əhəmiyyətli imkanlar təqdim edilir.

2 gün ərzində davam edəcək tədbir sənaye liderlərinin çıxışları, sessiyalar və panel
müzakirələrlə zəngin olacaq. İştirakçılar “STC-2025”də kosmosun gələcəyini formalaşdıran innovasiyalar və tendensiyalarla tanış olacaqlar.

Qeyd edək ki, “AzInTelecom” ölkənin ən böyük “bulud” provayderi olaraq 250-dən çox quruma müxtəlif “bulud” xidmətləri təklif edir. “Hökumət buludu” layihəsinin icraçısı olan şirkət, eyni zamanda fərdlər və kiçik bizneslər üçün nəzərdə tutulmuş özünəxidmət “bulud” platforması olan “AzInCloud”u yaradıb. Bundan başqa, “AzInTelecom”a məxsus SİMA brendi altında vətəndaşlara və qurumlara süni intellekt və biometriya texnologiyası əsasında rəqəmsal imza, identifikasiya, avtorizasiya və s. kimi müxtəlif həllər təqdim edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə