“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçirilib

29-04-2025 / 12:09

Aprelin 26-da Bakıda keçirilmiş “4-cü İllik SƏTƏMM Konfransı”nda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC premium dəstəkçi qismində iştirak edib. 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirdə yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutu (IOSH) daxil olmaqla bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Xeberler.az bildirir ki, konfransda şirkətin SƏTƏMM şöbəsinin müdiri Qasım Əliyev “Aztelekom”da SƏTƏMM məsələlərinin həllində kreativlik, innovativlik və müasir yanaşma” mövzusunda çıxış edib.

O, həmçinin “Aztelekom”da SƏTƏMM sahəsində maarifləndirmənin yalnız əməkdaşlarla məhdudlaşmadığını vurğulayıb və şirkət işçilərinin uşaqların iştirakı ilə həyata keçirilən müxtəlif maarifləndirici fəaliyyətlər barədə şirkətin təcrübəsini bölüşüb.

Tədbir zamanı əməyin təhlükəsizliyi, keyfiyyət və biznesin digər sahələri üzrə aktual məsələlər müzakirə olunub, yeni ideyaların paylaşılması və sahə üzrə ən yaxşı təcrübələrin öyrənilməsi məqsədilə interaktiv müzakirələr aparılıb.

Tədbir çərçivəsində keçirilmiş təltifetmə mərasimində “Aztelekom” “SƏTƏMM-in təkmilləşdirilməsində yaradıcı təsir” kateqoriyasında mükafata layiq görülüb.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan “İDATE” şirkətinin “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatı ilə təltif olunub. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə