Previous Next
Bağla

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

17-06-2025 11:05
Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən Cənubi Qafqazın ən böyük illik oyun festivalı “GAMESUMMIT 2025” 8 iyunda uğurla başa çatıb.

Xeberler.az məlumat verir ki, “GAMESUMMIT 2025” çərçivəsində keçirilmiş konfransda oyun sənayesindəki son tendensiyalar, biznes proseslərində oyunlaşdırma, rəqəmsal təhsil və Azərbaycanın yaradıcı sənaye ixrac imkanları geniş şəkildə müzakirə olunub. Sammitdə təşkil olunan kiberidman turnirləri, “Kospiley” festivalı və “K-pop” şou, yarmarka və merç zonası, eləcə də tərtibatçı və nəşr zonaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir, həmçinin oyun sənayesinə daxil olmaq və bazarın liderləri ilə birbaşa əlaqə qurmaq istəyən gənc mütəxəssislər, tələbələr və həvəskarlar üçün də əhəmiyyətli imkanlar yaradıb. Belə ki, ayrılmış xüsusi zonada iştirakçılara mentorluq və karyera məsləhətləri, tanınmış mütəxəssislər tərəfindən keçirilən master-klaslar, tanışlıq və əlaqə imkanları təqdim olunub.

“Aztelekom”un “GAMESUMMIT” tədbirinə verdiyi dəstək şirkətin innovasiya və yaradıcılığa verdiyi önəmi, eləcə də “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun şəkildə ölkəmizdə sürətlə inkişaf edən rəqəmsal ekosistemə töhfə vermək niyyətini əks etdirir. “Aztelekom” oyun həvəskarlarını, tərtibatçıları və rəqəmsal istedadları bir araya gətirən bu kimi platformaları təşviq etməklə yeni nəsil texnologiya mütəxəssislərini həvəsləndirmək və yüksəksürətli bağlantının açdığı imkanları geniş auditoriyaya nümayiş etdirmək niyyətindədir.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” MMC son bir ildə 3 müxtəlif nüfuzlu beynəlxalq mükafata (“Speedtest Award for Fastest Fixed Network”, “Best Practice of Home Broadband Development Award”, “Gigacity Champion”) layiq görülüb. Hər üç mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom”un dəstəyi ilə “GAMESUMMIT” keçiriləcək

26-05-2025

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

30-05-2025

“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

08-05-2025

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

22-05-2025

“Aztelekom” beynəlxalq assosiasiyaya üzv olub

21-10-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçirilib

29-04-2025

"Aztelekom" yenidən təşkil edilir

25-04-2025

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

15-05-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

22-04-2025

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025

Filip Kotlerin kitabında “Aztelekom” təcrübəsindən bəhs olunacaq

21-05-2025

“Aztelekom” 2 beynəlxalq mükafata layiq görülüb

28-10-2025

Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

27-03-2025

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026

CityNet GameSummit festivalının əsas tərəfdaşıdır

10-06-2023

“Aztelekom” 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

28-08-2025

CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək

08-12-2023

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026

“Aztelekom” Məzmun Çatdırılma Şəbəkəsi xidmətləri üzrə əməkdaşlığa başlayıb

04-12-2025

Citynet GameSummit festivalının əsas tərəfdaşıdır

01-06-2024

“Aztelekom” beynəlxalq tədbirdə təmsil olunub

10-03-2026

Naxçıvanda ödənişsiz oyun tərtibatı təlimləri silsiləsi başlayır

29-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə