AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

08-05-2025 / 19:30

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Huawei Technologies Azerbaijan” şirkəti arasında İKT sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Xeberler.az məlumat verir ki, sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və “Huawei Technologies Azerbaijan” şirkətinin səlahiyyətli nümayəndəsi Lin Yanxia imzalayıblar.

Memorandum Azərbaycanda rəqəmsal gələcəyin tələblərinə cavab verə biləcək ixtisaslı kadrların hazırlanması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər “Huawei” texnologiyalarının resurs bazasından istifadə etməklə AzTU-da İKT sahəsində dayanıqlı və uzunmüddətli tədris proqramlarının yerinə yetirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə