Previous Next
Bağla

AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

02-09-2026 13:59
AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Aaxen Texniki Universitetində (RWTH Aachen University) bir sıra görüşlər keçirib.

Xeberler.az məlumat verir ki, nümayəndə heyətində tədris məsələləri üzrə prorektor Sübhan Namazov, Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri Səyami Hüseynov və kafedranın tədqiqatçı professoru, Almaniyanın “IXUN GmbH” şirkətinin direktoru Xüdaverdi Kərimov təmsil olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Aaxen Texniki Universitetinin Tekstil Texnologiyaları İnstitutunda (ITA) həyata keçirilən müasir tədris, tədqiqat və innovasiya fəaliyyətləri, yeni nəsil öyrənmə imkanları, eləcə də sənaye ilə əməkdaşlığın müasir modelləri ilə yaxından tanış olub.

Görüş zamanı AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə tədris, tədqiqat və innovasiya sahələrində həyata keçirilən fəaliyyətlər, aparılan islahatlar və Aaxen Texniki Universiteti ilə əməkdaşlığın mövcud potensialı barədə geniş təqdimatla çıxış edib. O qeyd edib ki, AzTU Aaxen Texniki Universiteti ilə tədris, elmi-tədqiqat, innovasiya, akademik mobillik və sənaye əməkdaşlığı istiqamətlərində uzunmüddətli və nəticəyönümlü əlaqələrin qurulmasında maraqlıdır.

Aaxen Texniki Universitetinin Tekstil Texnologiyaları İnstitutunun direktoru professor Thomas Gries institutun, “ITA Academy”nin və tərəfdaşlarının AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, xüsusilə qabaqcıl materiallar, tekstil texnologiyaları və sənayeyönümlü tədqiqatlar sahəsində birgə tədris və elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Görüş çərçivəsində AzTU ilə “RWTH Aachen International Academy gGmbH” arasında Sənaye idarəetməsi və rəqəmsal transformasiya (Industrial Management and Digital Transformation) adlı 6 modullu Mini MBA proqramının birgə həyata keçirilməsi barədə razılıq əldə olunub. Proqramın müasir sənaye idarəçiliyi, rəqəmsal transformasiya və mühəndislik menecmenti istiqamətlərində mütəxəssislərin peşəkar inkişafına töhfə verməsi nəzərdə tutulur.

Daha sonra “APS GmbH” Avropa Mexatronika Mərkəzinin rəhbəri Andreas Bündgens Süni İntellekt və Robototexnika Mərkəzi “Center for Artificial Intelligence and Robotics (CAIRE)” haqqında təqdimatla çıxış edib. O, süni intellekt, robototexnika və mexatronika sahələrində AzTU ilə birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüşlərin yekununda AzTU ilə Aaxen Texniki Universitetinin Tekstil Texnologiyaları İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində tədris, elmi-tədqiqat, innovasiya, mütəxəssis hazırlığı və sənaye ilə əməkdaşlıq istiqamətlərində birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Səfər çərçivəsində AzTU nümayəndə heyəti, həmçinin Aaxen Texniki Universitetinin Mexanika mühəndisliyi fakültəsini ziyarət edib. Fakültənin dekanı professor Volfgang Schröder ilə keçirilən görüşdə AzTU ilə Aaxen Texniki Universiteti arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün perspektiv istiqamətlər müzakirə olunub.

Görüş zamanı rektor Vilayət Vəliyev AzTU-nun inkişaf strategiyası, müasir mühəndislik təhsilinin təşkili, elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib.

Tərəflər nəqliyyat və logistika, mexatronika və materiallar mühəndisliyi sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib, birgə tədris proqramlarının, elmi-tədqiqat layihələrinin, akademik mobillik proqramlarının və sənaye yönümlü innovasiya layihələrinin həyata keçirilməsi üçün mövcud potensialı nəzərdən keçiriblər.

Səfərin nəticələri göstərir ki, AzTU ilə Aaxen Texniki Universiteti arasında əməkdaşlığın yalnız ənənəvi akademik əlaqələrlə məhdudlaşmayaraq, birgə mühəndis hazırlığı, tətbiqi elmi-tədqiqat, rəqəmsal transformasiya, süni intellekt, robototexnika, qabaqcıl materiallar və sənaye ilə birgə innovasiya istiqamətlərində yeni mərhələyə keçirilməsi üçün geniş imkanlar mövcuddur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024
AzTU ilə Çin universiteti arasında Niyyət Protokolu imzalanıb

AzTU ilə Çin universiteti arasında Niyyət Protokolu imzalanıb

25-05-2026
AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023
AzTU ilə “Baykar Texnoloji Azərbaycan”  arasında memorandum imzalanıb

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025
AzTU-nun rektoru Türkiyədə səfərdə olub

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023
AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023
BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025
AzTU SAP Universitetlər Alyansına üzv oldu

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024
Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024
Azərbaycanda Türk Dünyası Mühəndislik Mərkəzi yaradılacaq

Azərbaycanda Türk Dünyası Mühəndislik Mərkəzi yaradılacaq

05-12-2022
 Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022
AzTU-da DISC laboratoriyası fəaliyyətə başlayıb

AzTU-da DISC laboratoriyası fəaliyyətə başlayıb

04-12-2025
“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025
Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022
AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024
Almaniya şirkətlərinin rəhbər şəxsləri AzTU-da olub

Almaniya şirkətlərinin rəhbər şəxsləri AzTU-da olub

29-11-2023
AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023
AzTU-nun Kompüter texnologiyaları kafedrası beynəlxalq təşkilata üzv olub

AzTU-nun Kompüter texnologiyaları kafedrası beynəlxalq təşkilata üzv olub

28-04-2026
AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023
AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

18-06-2026
Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022
AzTU-da “Study in Azerbaijan” layihəsinin rəhbəri ilə görüş olub

AzTU-da “Study in Azerbaijan” layihəsinin rəhbəri ilə görüş olub

20-07-2026
Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023
AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək

15-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə