Previous Next
Bağla

Bakcell Arena ilə bağlı yeni qərar

03-05-2018 17:33
  Bakcell Arena ilə bağlı yeni qərar

Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Bakının Nizami rayonu ərazisində yerləşən stadionun “Bakcell Arena” adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.

Xeberler.az bildirir ki, əldə edilmiş razılığa əsasən qeyd olunan stadion növbəti il ərzində də “Bakcell Arena” adlandırılacaq.

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib.

Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək “Bakcell Arena” adlandırılıb.

11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda 17 VİP skayboks, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 300 avtomobil tutan dayanacağı var.

Təməli 2013-cü ildə qoyulmuş Bakcell və AFFA əməkdaşlığı çərçivəsində Azərbaycanda futbolun inkişafı üçün bir sıra mühüm layihələr  həyata keçirilib. Bu birgə fəaliyyət  Azərbaycan futbolunun müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verib.  2012-ci ildən 2018-ci ilə qədər “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım tərəfdaşı olmuş Bakcell daha sonra müxtəlif böyük və uzunmüddətli layihələr üzrə AFFA ilə əməkdaşlığa başlayıb, Azərbaycanın milli futbol komandalarının sponsoru olub. Bakcell və AFFA-nın birgə təşkil etdiyi “Mançester Yunayted Futbol Məktəbi” və həyata keçirdiyi “Futbol Bakcell ilə” və “Mançester Yunayted Yay Futbol Məktəbi” layihələri sayəsində ölkə üzrə  gənc istedadlar futbol üzrə bilik və bacarıqlarını artırmaq imkanı qazanıb.

Həmçinin, Bakcell şirkəti 2016-cı ilin may ayında Bakıda keçirilən “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”nın və digər nüfuzlu tədbirlərin rəsmi sponsoru və mobil rabitə partnyoru olub.

Azərbaycanın gənclərinə daim dəstək olan Bakcell ölkədə idmanın inkişafına öz töhfəsini vermək məqsədilə AFFA ilə əməkdaşlıq etməkdən məmnun olduğunu bildirir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

01-09-2015
Mançester Yunayted Futbol Məktəbi-nə  qəbul başlayır

Mançester Yunayted Futbol Məktəbi-nə qəbul başlayır

05-02-2016
Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

25-08-2016
Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

06-12-2016
 Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

03-03-2016
Bakcell Mançesterə gedənlərin adını açıqladı

Bakcell Mançesterə gedənlərin adını açıqladı

08-06-2015
World Skills Final yarışında ölkəmizi təmsil edəcək qalibin adı açıqlandı

World Skills Final yarışında ölkəmizi təmsil edəcək qalibin adı açıqlandı

02-10-2015
Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

07-08-2015
Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

27-02-2017
Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

17-05-2019
Bakcell AmCham təşkilatının mükafatını aldı

Bakcell AmCham təşkilatının mükafatını aldı

15-12-2015
“Bakcell” yeni layihəyə start verib

“Bakcell” yeni layihəyə start verib

24-12-2010
Bakcell futzal turnirinə dəstək verib

Bakcell futzal turnirinə dəstək verib

23-05-2018
AFFA-nın mobil tətbiqi yaradılıb

AFFA-nın mobil tətbiqi yaradılıb

21-09-2015
Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib

Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib

27-11-2018
Bakcell Digiturk-lə tərəfdaşlığa başlayıb

Bakcell Digiturk-lə tərəfdaşlığa başlayıb

12-11-2015
Bakcell futbol jurnalistlərinə  multimedia  təlimi təşkil edib

Bakcell futbol jurnalistlərinə multimedia təlimi təşkil edib

11-06-2015
«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

«Bakcell» ali məktəb tələbələri üçün «Bakcell Məzunu» proqramına başlayıb

19-11-2010
“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

12-09-2024
Bakcell-in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

Bakcell-in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

21-09-2015
“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009
“Bakcell”in rəhbəri dəyişdi

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011
Bakcell 3 il ərzində Azərbaycana 226 milyon manat həcmində sərmayə yatırıb

Bakcell 3 il ərzində Azərbaycana 226 milyon manat həcmində sərmayə yatırıb

29-12-2021
«Bakcell» yeni Xidmət Mərkəzini istifadəyə verib

«Bakcell» yeni Xidmət Mərkəzini istifadəyə verib

28-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə