Previous Next
Bağla

Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

27-02-2017 16:09
Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

Bakcell şirkətinin Bakutel 2016 sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri- Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov 10-13 fevral tarixləri arasında Mançesterə səfər edib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Qeyd edilib ki, səfər zamanı klub rəsmiləri tərəfindən qonaqlar üçün Mançester Yunayted-Vatford oyununu izləmək, Old Trafford stadionuna turda iştirak etmək və klubun muzeyini ziyarət edərək onun tarixi ilə tanış olmaq imkanı yaradılıb.

Qaliblər səfərlə bağlı fikirlərini belə ifadə ediblər:

İsmayıl İsmayılzadə: “Səfərim çox fərqli və maraqlı keçdi. Yeni bir təcrübə oldu mənim üçün. Səfər ərzində yeni yerlər, yeni insanlarla tanış oldum və maraqlı xatirələrlə geri qayıtdım. Old Trafford stadionu isə həqiqətən möhtəşəmdir. Onun xəyallar teatrı olmasının canlı şahidi oldum və bu hissləri bir daha yaşamaq istərdim. Bu fürsəti mənim üçün yaratdığına görə Bakcell şirkətinə təşəkkürümü bildirirəm”.

Nicat Qapançızadə:“Mançesterə səfər zamanı yaşadığım unudulmaz hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Həqiqətən çox maraqlı və fərqli keçdi. “Bakcell”ə xüsusi təşəkkürümü bildirirəm”.

Anar Məmmədov: “Yadda qalan və əsrarəngiz bir səyahət oldu. Çox maraqlı keçdi. Bu səfərin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkür edirəm. Çox sağ ol, Bakcell!”

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və Mançester Yunayted futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində ölkədə futbolun inkişafı, təbliği və kütləviliyi məqsədilə icra edilən müxtəlif layihələri dəstəkləyir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

06-12-2016

World Skills Final yarışında ölkəmizi təmsil edəcək qalibin adı açıqlandı

02-10-2015

Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

07-08-2015

Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

25-08-2016

Bakcell Mançesterə gedənlərin adını açıqladı

08-06-2015

Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

01-09-2015

Mançester Yunayted Futbol Məktəbi-nə qəbul başlayır

05-02-2016

Bakcell Arena ilə bağlı yeni qərar

03-05-2018

Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

03-03-2016

Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

10-12-2018

Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya Bakcell-dən dəstək

05-05-2016

Bakcell-in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

21-09-2015

Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

28-11-2018

Bakcell AmCham təşkilatının mükafatını aldı

15-12-2015

Bakcell futbol jurnalistlərinə multimedia təlimi təşkil edib

11-06-2015

Facebook-da ən populyar klub hansıdır?

28-04-2011

Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

05-12-2018

Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

17-05-2019

Bakcell Digiturk-lə tərəfdaşlığa başlayıb

12-11-2015

Bakcell istifadəçiləri Digiturk kanallarını canlı izləyə biləcək

13-11-2015

Bakcell stendi Bakutel-in ən orjinalı seçilib

13-12-2017

Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

02-12-2015

Futbol üzrə Dünya Çempionatı Lider Tv-də

11-06-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə