Previous Next
Bağla

Bakcell AmCham təşkilatının mükafatını aldı

15-12-2015 15:50
Bakcell AmCham təşkilatının mükafatını aldı

Bakcell şirkətinin həyata keçirdiyi üç layihə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində əldə olunan nailiyyətlərə görə (CSR Excellence Award) Təhsil, Korporativ Filantropiya və Dayanıqlılıq kateqoriyaları üzrə mükafatına layiq görülüb.

Xeberler.az bildirir ki, şirkətin Təhsil və Korporativ Filantropiya kateqoriyaları üzrə layihələri 1-ci yerlərə, Dayanıqlılıq kateqoriyası üzrə layihəsi isə 3-cü yerə layiq görülüb.

AmCham təşkilatının CSR Excellence Award mükafatı Azərbaycanda KSM mədəniyyətinə töhfəsini vermiş üzv şirkətlərin ötən aylar ərzində gördüyü mühüm işləri tanıtdırmaq üçün verilən əsas mükafatdır. İctimai və özəl sektorlardan olan mütəxəssislər qrupu 31 şirkətin təqdim etdiyi 55 layihəni qiymətləndirərək, bu mükafata namizəd şirkətləri seçib.

“TOPs Proqramı – müasir təhsil texnologiyalarının tətbiqi ilə şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsinin icrasına 2014-cü ilin dekabr ayından başlanılıb. Bakcell şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və “İnkişaf naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən bu layihənin məqsədi orta ümumtəhsil məktəblərində və ibtidai təhsil müəssisələrində bədən tərbiyəsi üzrə müəllimləri fəal tədris metodikası ilə dəstəkləməkdir.

TOPs proqramı ilə əlaqəli keçirilmiş bir sıra təlim kurslarından 200 nəfərdən artıq bədən tərbiyəsi və ibtidai sinif müəllimi faydalanıb. Şən, təhlükəsiz və inklusiv oyunlardan ibarət TOPs proqramı və milli kurrikulumun uğurlu tətbiqi nəticəsində müxtəlif yaş qruplarına daxil olan 23000 nəfərdən artıq şagird daha maraqlı və aktiv fiziki tərbiyə dərsləri, həmçinin dərsdənkənar fəaliyyətlərdən faydalanacaq. Bu dərslər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 34 orta ümumtəhsil, internat məktəbləri və liseylərdə keçiriləcək.

Korporativ Filantropiya nominasiyası üzrə 1-ci yerə layiq görülmüş Bakcell şirkətinin Mançester Yunayted Futbol Məktəbi (MUSS) layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycan gəncləri arasından istedadların üzə çıxarılması və gələcək futbol ulduzlarının yetişdirilməsi üçün imkan yaratmaqdır. Azərbaycanda həyata keçirilən Mançester Yunayted Futbol Məktəbi layihəsi gənc insanları, məşhur brendləri, peşəkar futbolu və möhtəşəm yerləri bir araya gətirən nadir layihədir. Dünyanın ən məşhur futbol klublarından biri olan Mançester Yunayted futbol klubunun tərəfdaşı olaraq, Bakcell Azərbaycan futbolunun inkişafına investisiya yatırmaqda davam edir.  

Bakcell şirkətinin 3-cü yeri tutmuş AppLab layihəsinə ötən il start verilıb. Bu innovativ mobil developer layihəsi gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan Qualcomm şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Sözügedən layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələrini yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir.

AppLab ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell inklüziv idmanı təşviq edir

Bakcell inklüziv idmanı təşviq edir

30-04-2018
TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

TOPs proqramı çərçivəsində yeni layihənin təqdimatı keçirilib

15-10-2015
Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

25-08-2016
Mançester Yunayted Futbol Məktəbi-nə  qəbul başlayır

Mançester Yunayted Futbol Məktəbi-nə qəbul başlayır

05-02-2016
Bakcell Mançesterə gedənlərin adını açıqladı

Bakcell Mançesterə gedənlərin adını açıqladı

08-06-2015
Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

06-12-2016
 Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

03-03-2016
Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə başlanılıb

Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə başlanılıb

18-04-2015
  Bakcell Arena ilə bağlı yeni qərar

Bakcell Arena ilə bağlı yeni qərar

03-05-2018
Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

01-09-2015
Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

07-08-2015
“Bakcell” yeni layihəyə start verib

“Bakcell” yeni layihəyə start verib

24-12-2010
World Skills Final yarışında ölkəmizi təmsil edəcək qalibin adı açıqlandı

World Skills Final yarışında ölkəmizi təmsil edəcək qalibin adı açıqlandı

02-10-2015
AppLab layihəsinin bir ili tamam olur

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015
İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

10-06-2019
Bakcell startaplarımızın qlobal bazara  çıxmasına  dəstək olacaq

Bakcell startaplarımızın qlobal bazara çıxmasına dəstək olacaq

11-12-2015
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

27-01-2020
Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

Bakcell əməkdaşları universitet tələbələri ilə görüşüb-Fotolar

17-05-2016
Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

27-02-2017
Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

Təhsil Avtobusu-2018 yay məktəbinin təşkilatçıları Bakcell-i mükafatlandırdı

15-10-2018
Bakcell futbol jurnalistlərinə  multimedia  təlimi təşkil edib

Bakcell futbol jurnalistlərinə multimedia təlimi təşkil edib

11-06-2015
Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

Bakcell Milli KSM Mükafatı 2018 müsabiqəsinin qalibi olub

30-01-2019
Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

17-05-2019
Təhsil avtobusu – Nəsimi yay məktəbi reallaşıb

Təhsil avtobusu – Nəsimi yay məktəbi reallaşıb

31-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə