Previous Next
Bağla

World Skills Final yarışında ölkəmizi təmsil edəcək qalibin adı açıqlandı

02-10-2015 14:32
World Skills Final yarışında ölkəmizi təmsil edəcək qalibin adı açıqlandı

Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Mançester Yunayted Futbol Məktəbinin təşkilatçılığı ilə Bayıl Arena stadionunda baş tutan Bakı Bacarıqlar Yarışının nəticələrini elan edib. 

Şirkətdən Xeberler.az-a bildirilib ki, Mançester şəhərinin Old Trafford stadionunda keçiriləcək World Skills Final oyunlarında Azərbaycanı təmsil etmək üçün hazırda Mançester Yunayted Futbol Məktəbində təlim keçən 43 oyunçudan 42 nəfəri seçmə oyunlarında iştirak ediblər.

Ən çox xal toplayan 11 yaşlı Nicat Quliyev Böyük Britaniya və bütün dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar yarışmasında Azərbaycanın “Mançester Yunayted” Futbol Məktəbini təmsil edəcək.

“Məktəbimizin 2014-cü ilin oktyabr ayındakı açılışından bəri görülən böyük işlərə və göstərdikləri səylərə görə bütün valideynlərə, uşaqlara və Bakı Mançester Yunayted Futbol Məktəbinin işçi heyətinə təşəkkür edirəm. Yarışlarda qalib gəlmiş Nicat Quliyevi təbrik edirik. Mançesterə səyahət edib “Arzular Teatrında” əsas yığmanın məşqlərini və oyunlarını seyr etmək, World Skills Final-da dünyanın müxtəlif guşələrindən, Asiya, Avropa və Amerika qitəsindən bu oyunlara qatılan digər futbolçularla yarışaraq bizim məktəbimizi və Azərbaycanı təmsil etmək onun üçün böyük bir həyat təcrübəsi olacaq! Məktəbimizdə oxuduğu müddətdə həm meydançada, həm də meydançadan kənarda var gücü ilə çalışmış və hamının hörmətini qazanmış Nicat Bakı “Mançester Yunayted” Futbol Məktəbinin “elçisi” adına həqiqətən layiqdir və bizim hamımız ona bu səfərində uğurlar arzulayırıq. Bir daha hamıya, o cümlədən, göstərdikləri davamlı dəstəyə görə Bakcell şirkətinə və AFFA-ya təşəkkürümüzü bildiririk. QOY UŞAQLAR FUTBOL OYNASIN!”, deyə Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennet (Mick Bennett) bildirib.

2015-ci ildən başlayaraq, Bakıdakı Mançester Yunayted Futbol Məktəbində World Skills Final oyunlarına seçimlər müntəzəm əsasda keçiriləcək. Bu məktəbdə təlim keçən uşaqlardan hər il bir nəfər seçilərək adıçəkilən oyunlarında iştirak etmək üçün Manşesterə gedəcək.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

01-09-2015
Bakcell Mançesterə gedənlərin adını açıqladı

Bakcell Mançesterə gedənlərin adını açıqladı

08-06-2015
Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

06-12-2016
Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

25-08-2016
Mançester Yunayted Futbol Məktəbi-nə  qəbul başlayır

Mançester Yunayted Futbol Məktəbi-nə qəbul başlayır

05-02-2016
 Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

03-03-2016
Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

27-02-2017
Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

07-08-2015
  Bakcell Arena ilə bağlı yeni qərar

Bakcell Arena ilə bağlı yeni qərar

03-05-2018
Facebook-da ən populyar klub hansıdır?

Facebook-da ən populyar klub hansıdır?

28-04-2011
Bakcell-in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

Bakcell-in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

21-09-2015
Bakcell AmCham təşkilatının mükafatını aldı

Bakcell AmCham təşkilatının mükafatını aldı

15-12-2015
 Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya

Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya

19-01-2017
Bakcell futbol jurnalistlərinə  multimedia  təlimi təşkil edib

Bakcell futbol jurnalistlərinə multimedia təlimi təşkil edib

11-06-2015
Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

27-11-2018
ABB-nin dəstəyi ilə uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü olub

ABB-nin dəstəyi ilə uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü olub

02-05-2025
Bu kanallarda Dünya Çempionatının yayımı  niyə dayandırılıb?

Bu kanallarda Dünya Çempionatının yayımı niyə dayandırılıb?

22-11-2022
Ingilis futbolçusunun aqibətini internet səsverməsi həll edəcək

Ingilis futbolçusunun aqibətini internet səsverməsi həll edəcək

29-08-2008
ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıdıb

ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıdıb

20-04-2026
Futbol üzrə Dünya Çempionatı Lider Tv-də

Futbol üzrə Dünya Çempionatı Lider Tv-də

11-06-2010
ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

30-07-2025
Futbol hakiminə texnoloji yardım?

Futbol hakiminə texnoloji yardım?

12-10-2010
Nar futbol həvəskarları üçün müsabiqə elan edir

Nar futbol həvəskarları üçün müsabiqə elan edir

27-05-2019
“Bakcell” yeni layihəyə start verib

“Bakcell” yeni layihəyə start verib

24-12-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə