Previous Next
Bağla

Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

07-08-2015 20:32
Virtual Futbol Çempionatının qalibi Amerikadan qayıdıb

Bakcell şirkəti tərəfindən 2015-ci ilin fevral-aprel aylarında “Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan Bakcell Virtual Futbol Çempionatının qalibi Hacı Mirzəməmmədov Mançester Yunayted-Barselona oyununu izləmək və Mançester Yunayted futbol klubunun oyunçuları ilə görüşmək üçün ABŞ-a səfər edib.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, Hacı səfər çərçivəsində Memfis Depay, Matteo Darmian, Eşli Yanq, Maruan Fellaini, Ander Errera, David De Hea kimi ulduz oyunçularla görüşərək virtual futbol oynamaq imkanı qazanıb.

ABŞ-nın Kaliforniya ştatında keçirilən Mançester Yunayted -  Barselona oyununu Bakcell şirkətinin xüsusi qonağı qismində izləyən Hacı bu səfər haqqında təəssüratlarını bölüşüb: “Bu yarış olmasaydı, mənim yəqin ki heç vaxt Mançester Yunayted ulduzları ilə ABŞ-da görüş imkanım olmayacaqdı. Bakcell şirkətinin təşkil etdiyi virtual futbol çempionatında iştirak etdiyimə və qalib gəldiyimə görə çox sevinirəm. Yaradılan bütün imkanlara görə və ömür boyu xatırlayacağım ən gözəl anlar yaşatdığına görə Bakcell şirkətinə böyük minnətdarlığımı bildirirəm”.

“Ümidvaram ki, biz çempionatın qalibi olan Hacı Mirzəməmmədovun gözləntilərini qarşıladıq və o, Amerikada tətilini səmərəli keçirdi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Mançester Yunayted ilə birlikdə həyata keçirdiyimiz “Futbol Bakcell ilə” layihəsi çərçivəsində Azərbaycanda futbolun inkişafına bütün səviyyələrdə dəstək olmağa çalışırıq. Futbol hamı üçündür. Bu oyunu real həyatda oynamayan insanlar da oyunları izləməkdən və ya PlayStation-da virtual şəkildə oynamaqdan böyük həzz alırlar. Bunu nəzərə alaraq təşkil etdiyimiz Bakcell Virtual Futbol Çempionatı sayəsində sağlam idman rəqabətinin təşviq olunması və gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi üçün əlavə imkan yaratmış olduq. Bu çempionata maraq çox böyük oldu və 7000 nəfərə yaxın məktəbli qatıldı. Onlayn oyunlar oynamağı sevənlər üçün  Bakcell yüksək sürətliİnternet bağlantısını  təmin edir. Virtual oyun həvəskarları üçün biz  gələcəkdə də ı eksklüziv imkanlar və məhsullar təqdim etməyi planlaşdırırıq”, deyə Bakcell şirkətinin baş marketinq direktoru  Mariya Toyçeva bildirib.

Qeyd edək ki, Bakcell Virtual Futbol Çempionatı 2015-ci ilin fevral-aprel aylarında respublikanın paytaxtında və 8 regionunda yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib. 26 aprel 2015-ci il tarixində baş tutan final görüşünün qalibi Hacı Mirzəməmmədov olub.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell Mançesterə gedənlərin adını açıqladı

Bakcell Mançesterə gedənlərin adını açıqladı

08-06-2015
Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

Mançester Yunayted-in qalibləri Mançesterə gedir-Foto

06-12-2016
Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

Bakcell və AFFA futbol məktəbinə seçimin nəticələrini açıqlayıb

01-09-2015
Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

Bakcell-in futbol çempionatının qalibləri Mançesterdə-Foto

27-02-2017
Mançester Yunayted Futbol Məktəbi-nə  qəbul başlayır

Mançester Yunayted Futbol Məktəbi-nə qəbul başlayır

05-02-2016
Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır

25-08-2016
World Skills Final yarışında ölkəmizi təmsil edəcək qalibin adı açıqlandı

World Skills Final yarışında ölkəmizi təmsil edəcək qalibin adı açıqlandı

02-10-2015
 Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

Mançester Yunayted Futbol Məktəbi-nə növbəti qəbul başladı

03-03-2016
  Bakcell Arena ilə bağlı yeni qərar

Bakcell Arena ilə bağlı yeni qərar

03-05-2018
Bakcell-in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

Bakcell-in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı

21-09-2015
Bakcell AmCham təşkilatının mükafatını aldı

Bakcell AmCham təşkilatının mükafatını aldı

15-12-2015
Bakcell futbol jurnalistlərinə  multimedia  təlimi təşkil edib

Bakcell futbol jurnalistlərinə multimedia təlimi təşkil edib

11-06-2015
“Bakcell” yeni layihəyə start verib

“Bakcell” yeni layihəyə start verib

24-12-2010
Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016
Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

Bakcell ənənəvi futzal turnirinə dəstək oldu

17-05-2019
Bakcell Digiturk-lə tərəfdaşlığa başlayıb

Bakcell Digiturk-lə tərəfdaşlığa başlayıb

12-11-2015
Facebook-da ən populyar klub hansıdır?

Facebook-da ən populyar klub hansıdır?

28-04-2011
 Bakcell-in  dəstəyilə futzal turniri təşkil edilib

Bakcell-in dəstəyilə futzal turniri təşkil edilib

24-11-2017
Futbol üzrə Dünya Çempionatı Lider Tv-də

Futbol üzrə Dünya Çempionatı Lider Tv-də

11-06-2010
Bakcell istifadəçiləri Digiturk kanallarını canlı izləyə biləcək

Bakcell istifadəçiləri Digiturk kanallarını canlı izləyə biləcək

13-11-2015
 Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya

Bakcell-dən Ulduzum abunəçiləri üçün lotereya

19-01-2017
Bakcell stendinə azarkeş axını-Video

Bakcell stendinə azarkeş axını-Video

28-04-2023
Bu kanallarda Dünya Çempionatının yayımı  niyə dayandırılıb?

Bu kanallarda Dünya Çempionatının yayımı niyə dayandırılıb?

22-11-2022
"Bakcell" virtual SİM-kartların tətbiqinə hazırlaşır

"Bakcell" virtual SİM-kartların tətbiqinə hazırlaşır

21-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə