Previous Next
Bağla

Bakcell-ə də yerli mütəxəssis rəhbərlik edəcək?

25-01-2016 11:31
Bakcell-ə də yerli mütəxəssis rəhbərlik edəcək?

Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer  bu il Azərbaycandakı fəaliyyətini dayandırmaq niyyətindədir.

Xeberler.az-ın  İKT sektorundakı mənbədən əldə etdiyi məlumata görə, Riçard Şirer bu il Bakcell-dəki vəzifəsinin icrasını dayandırıb, Azərbaycanı tərk etməyə hazırlaşır.

Məlumatımıza görə, o, artıq xarici şirkətdən iş təklifi də alıb.

Xeberler.az olaraq məsələni Bakcell şirkəti ilə dəqiqləşdirdik.

Şirkətdən verilən məlumata görə, əslində bu ilin aprel ayında Riçard Şirerin müqaviləsinin vaxtı bitir.

Bakcell-dən bildirilib ki, hazırda bununla bağlı rəsmi məlumat yoxdur. Onlar da Riçard Şirerin gedib-getməyəcəyi haqda dəqiq məlumat bilmir.

Qeyd edilib ki, əslində baş direktorun Azərbaycandakı fəaliyyəti ilə bağlı müqavilə çoxdan bitib. Sadəcə onun Bakcell-dəki fəaliyyətindən getməsi həmişə uzadılıb. Belə ki, müqavilənin müddəti hər ilin aprel ayına qədərdir. Riçard Şirerə də  yaxşı fəaliyyətinə görə Azərbaycandakı fəaliyyətini dayandırmağa icazə verilməyib. O da müqaviləsinin vaxtını uzadıb.

Lakin əldə etdiyimiz məlumata görə, ölkədəki iqtisadi vəziyyətə görə Riçard Şirer bu il müqaviləsinin müddətini uzatmayacaq.

Bakcell-dən verilən məlumata görə isə Riçard Şirer hələ aprel ayına qədər Azərbaycandadır.

Riçard Şirer 2011-ci ilin aprelində Bakcell şirkətinin Baş icraçı direktoru vəzifəsinə təyin edilib. Bundan əvvəl o, dünyanın bir çox tanınmış telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 

Əldə etdiyimiz digər məlumatda isə Azərbaycandakı mobil operator rəhbərlənin hamsının yerli  şəxslərdən təyin ediləcəyi deyilir. Qeyd edilib ki,  bu, Nar mobil operatorunda da belə olacaq. Yəni, ehtimallara görə, Nar-ın  baş direktoru Kent Maknili də vəzifəsindən gedə bilər.

Hər halda hazırda bu haqda dəqiq nəsə demə çətin olardı. Amma şirkətlərə yaxın mənbələrdən deyilənlər və ölkədəki hazırki vəziyyət bunların real olacağını göstərir.

Xatırladırıq ki, Azercell şirkətinə də uzun illər xarici mütəxəssis rəhbərlik edib. Lakin bir müddət öncə bu şirkətə prezident olaraq  yerli mütəxəssis, uzun müddət bu şirkətdə çalışan Vahid Mürsəliyev təyin edilib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell-in prezidenti Azərbaycandakı fəaliyyətini dayandırır-Rəsmi

Bakcell-in prezidenti Azərbaycandakı fəaliyyətini dayandırır-Rəsmi

16-02-2016
Bakcell-ə  yeni rəhbər təyin edilib

Bakcell-ə yeni rəhbər təyin edilib

19-05-2016
“Bakcell müştəriləri  danışıq və internet üçün daha az xərcləyir”

“Bakcell müştəriləri danışıq və internet üçün daha az xərcləyir”

16-02-2016
“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

“Bakcell”in Direktorlar Şurasında dəyişiklik edilib

21-02-2022
Bakcell Delta Telecom-un mobil bazara gəlişindən təşvişə düşüb

Bakcell Delta Telecom-un mobil bazara gəlişindən təşvişə düşüb

08-10-2015
“Bakcell”ə yeni baş icraçı direktor təyin olundu

“Bakcell”ə yeni baş icraçı direktor təyin olundu

29-04-2011
SMS ilə fövqəladə hallar barədə məlumat alacaqsınız

SMS ilə fövqəladə hallar barədə məlumat alacaqsınız

05-05-2015
“Sim-kartların satışı avtomatlaşdırıla bilməz”

“Sim-kartların satışı avtomatlaşdırıla bilməz”

09-06-2015
Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

26-11-2015
Bakcell  ilin ən yaxşı mobil şəbəkəsi  seçildi

Bakcell ilin ən yaxşı mobil şəbəkəsi seçildi

11-02-2016
Bakcell mükafata layiq görülüb

Bakcell mükafata layiq görülüb

18-09-2015
“Bakcell”in rəhbəri dəyişdi

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011
“Sərfəli qiymətlərlə  ən üstün mobil rabitə xidməti təqdim edirik”

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015
Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015
Abunəçilər Bakcell şirkətini seçir

Abunəçilər Bakcell şirkətini seçir

12-01-2015
IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015
«Bakcell»ə yeni baş direktor təyin olunub

«Bakcell»ə yeni baş direktor təyin olunub

10-01-2009
Mobil operatorlar arabağlantı tariflərini aşağı salmalıdır

Mobil operatorlar arabağlantı tariflərini aşağı salmalıdır

08-10-2015
Bakcell istifadəçiləri Digiturk kanallarını canlı izləyə biləcək

Bakcell istifadəçiləri Digiturk kanallarını canlı izləyə biləcək

13-11-2015
Azərbaycanın mobil operatoru 4G şəbəkəsini işə salır

Azərbaycanın mobil operatoru 4G şəbəkəsini işə salır

05-05-2015
Bakcell-in yeni  icraçı direktoru kimdir?

Bakcell-in yeni icraçı direktoru kimdir?

19-05-2016
“Bakcell”də rəhbər dəyişikliyi

“Bakcell”də rəhbər dəyişikliyi

11-12-2008
 Bakcell-in əməkdaşları Dünya Mobil Konqresində iştirak edib

Bakcell-in əməkdaşları Dünya Mobil Konqresində iştirak edib

06-03-2015
Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

02-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə