Previous Next
Bağla

Bakcell istifadəçiləri Digiturk kanallarını canlı izləyə biləcək

13-11-2015 11:22
Bakcell istifadəçiləri Digiturk kanallarını canlı izləyə biləcək

Bakcell şirkəti, Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan Digiturk şirkəti ilə yeni tərəfdaşlığa başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Digiturk ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində Bakcell İP və mobil əsaslı xidmətlər üzrə Digiturk şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün Bakcell müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə, futbol azarkeşləri üçün LİG TV kanalını təqdim edəcək.

Bu tərəfdaşlığın bir hissəsi kimi, Bakcell "Qoş və Coş" xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. Digiturk-lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar.

Hazırda  Bakcell abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə Digiturk şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.

Bakcell-in  baş icraçı direktoru Riçard Şirer bildirib ki,  bu tərəfdaşlıq əlaqələri sayəsində Bakcell öz abunəçilərinin sevimli TV kanallarını onlara daha da yaxınlaşdırır və sadəcə bir toxunuşla həmin TV proqramları izləmələrinə imkan yaradır.

Onun sözlərinə görə, canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlərin Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilməsi  mobil internet xidmətinə yeni bir məna verəcək və abunəçilərimiz üçün daha çox dəyər yaradacaq.

Digiturk şirkətinin LİG TV idman kanalı hazırda Türkiyə Super Liqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə bilməyən Bakcell  abunəçiləri LİG TV-də yayımlanan eksklüziv kontenti güzəştli qiymətlərlə izləmək imkanına malik olacaq.


Digiturk şirkətinin baş icraçı direktoru Ertan Özerdem deyib  ki,  Digiturk olaraq Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə malik olan Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirlər:

"Bu çərçivədə, biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan Bakcell şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və Digiturk-ün 100-dən çox müxtəlif kanallarının Bakcell abunəçiləri üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz Digiturk-ün innovativ IP və mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik”.

Digiturk Mobil TV  tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən Bakcell abunəçiləri  istifadə edə bilər.

Həmçinin, bu link vasitəsi ilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən izləyə bilərlər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell Digiturk-lə tərəfdaşlığa başlayıb

12-11-2015

Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

02-12-2015

Azərkosmos Türkiyənin iki şirkəti ilə müqavilə imzalayıb

27-12-2019

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-dən endirim kampaniyası

19-08-2015

Bakcell abunəçiləri internet paketlərini paylaşa bilər

19-10-2015

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015

BƏƏ-də olan Bakcell abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyəcək

10-06-2016

Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

26-11-2015

Bakcell 7 qlobal şirkətlə əməkdaşlığa başlayıb

27-01-2017

Bakcell Rusiyada olan abunəçiləri üçün yenilik edib

19-07-2016

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

29-06-2021

Bakcell abunəçiləri üçün İnstagram-dan pulsuz istifadə imkanı

13-05-2016

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

16-09-2021

Bakcell “F1 Star” Azərbaycanda ən sürətli fiber internetini təqdim edir

15-05-2024

Bakcell Klass M tarifində yenilik edib

25-07-2016

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

Bakcell-in yeni Satış və Xidmət Mərkəzi açılıb- Foto

27-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə