Previous Next
Bağla

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015 21:03
Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

Bakcell şirkəti yüksək sürətli LTE mobil interneti təqdim etməsinin ardından qısa müddət ərzində dünyanın 14 ölkəsində 4G rouminq xidmətini aktivləşdirib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, 2015-ci ilin may ayında smartfonlara uyğunlaşdırılmış LTE xidmətini istifadəyə verən Bakcell şirkəti hazırda Azərbaycanda abunəçilərə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur.

Belə ki, Bakcell abunəçiləri ölkə xaricində olarkən yüksək sürətli 4G LTE xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalacaq.

Bakcell 4G rouminq xidmətinin mövcud olduğu ölkələrin və operatorların siyahısı:

Eyni zamanda Bakcell Azərbaycanda yeganə mobil operatordur ki, yuxarıda qeyd olunan ölkələrdən Azərbaycana səfər edənlərə 4G LTE rouminq xidməti göstərir. Bu xidmət birinci Avropa Oyunlarının keçirildiyi müddət ərzində ölkəmizə səfər edənlər arasında xüsusilə populyar olub və çoxsaylı xarici qonaqlar Bakcell tərəfindən təqdim olunan 4G mobil interneti barədə məmnun olduqlarını bildiriblər. Birinci Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün Bakcell şəbəkəsini seçiblər.

“Bu gün Azərbaycan mobil operatorları arasında yalnız Bakcell abunəçiləri 4G rouminq xidmətindən faydalana bilərlər və Azərbaycanda 4G xidmətindən faydalanmaq istəyən xarici operatorların abunəçiləri Bakcell şəbəkəsini seçə bilərlər. Hazırda bu xidmət Azərbaycandan kənarda istirahət edənlər və ya ezamiyyətdə olan korporativ abunəçilərimiz arazında sürətlə populyarlaşır. Bakıda 4G xidmətinin əhatə dairəsini genişləndirməklə yanaşı biz abunəçilərimizə LTE xidmətini təqdim edən ölkələrin sayını da artırırıq” deyə, Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Hazırda Bakcell abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər.

Xarici səfərdə olan abunəçilər Bakcell Rouminq Applikasiyasından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və İnternet qiymətləri və cari rouminq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell”lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rouminq xidmətinin partnyorların siyahısı barədə məlumat da həmçinin Bakcell rouminq applikasiyasından əldə oluna bilər.

Bakcell Rouminq applikasiyası haqda daha ətraflı məlumat üçün:  http://www.bakcell.com/az/bakcell-rouminq-app 

 

Xeberler.az

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

14-07-2015

Bakcell Rusiyada olan abunəçiləri üçün yenilik edib

19-07-2016

Bakcell-dən endirim kampaniyası

19-08-2015

BƏƏ-də olan Bakcell abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyəcək

10-06-2016

“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010

Səyahət üçün sərfəli rouminq fürsətləri

20-07-2023

Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının sayını artırır

11-11-2015

İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət

10-08-2016

Bakcell 7 qlobal şirkətlə əməkdaşlığa başlayıb

27-01-2017

Bakıda ödənişsiz Wi-Fi olan dayanacaqların sayı artırılır

25-12-2015

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

26-11-2015

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

Bakcell rouminqdə WhatsApp-i pulsuz etdi

29-05-2018

Nazirlik Bakcell-i fəxri fərmanla təltif etdi

07-07-2015

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Bakcell şirkəti rouminq qiymətlərində endirim etdi

22-04-2011

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

“Bakcell” Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi  

04-07-2024

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

12-05-2022

Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya Bakcell-dən dəstək

05-05-2016

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

26-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə