“Bakcell” şirkəti tərəfindən göstərilən xidmətlərin istifadə imkanlarını genişləndirmək məqsədilə öncədən ödənişli tariflər üzrə bir sıra yeniliklər tətbiq olunacaq.
Xeberler.az bildirir ki, bu barədə şirkət məlumat yayıb.
Yeni qaydalara əsasən, 04.07.2025-ci il tarixindən etibarən abunəçilər nömrənin açıq qalma müddətini yalnız balans artırmaqla deyil, həm də tarifin abunə haqqını ödəməklə uzada biləcəklər. Bu o deməkdir ki, abunə haqqı ödənildikdə, nömrə tarifin istifadə müddəti ərzində ikitərəfli açıq qalacaq. Nümunə üçün abunəçi xəttin 30 gün açıq qalmasını istəyirsə, sadəcə ona uyğun tariflərdən birini seçib abunə haqqını ödəməsi kifayətdir.
Nömrənin istifadə müddəti ilə bağlı şərtlər dəyişməz olaraq qalır
Bu tariflər üzrə hazırda tətbiq olunan gündəlik, həftəlik və aylıq abunə haqqları dayandırılacaq
- Artıq abunəçilər saatlıq internet paketlərini günün istənilən vaxtında, limitsiz sayda əldə edə biləcəklər.
- Saatlıq internet paketləri:
İnternet Paketlərinin adı və həcmi | Qiymət (ƏDV daxil, AZN) | İstifadə müddəti |
1 saatlıq (limitsiz) | 0.99 | 1 saat |
3 saatlıq (limitsiz) | 1.99 | 3 saat |
- İri həcmli internet paketləri:
İnternet Paketlərinin adı və həcmi | Qiymət (ƏDV daxil, AZN) | İstifadə müddəti |
3 GB | 8.99 | 28 gün |
6 GB | 11.99 | 28 gün |
13 GB | 18.99 | 28 gün |
31 GB | 28.99 | 28 gün |
56 GB | 38.99 | 28 gün |
- Günlük və həftəlik internet paketləri:
İnternet Paketlərinin adı və həcmi | Qiymət (ƏDV daxil, AZN) | İstifadə müddəti |
0.35 GB | 0.99 | 1 gün |
1.5 GB | 1.99 | 1 gün |
2 GB | 3.99 | 7 gün |
- Bu paketlərin mövcud abunəçiləri qeyd olunan tarixə qədər indiki şərtlərlə istifadə etməyə davam edəcəklər. Dəyişikliklər, göstərilən tarixdən sonra növbəti yeniləmə zamanı avtomatik şəkildə tətbiq olunacaq.
- Eyni zamanda, 25.07.2025-ci il tarixindən etibarən “Günlük 1 GB”, “Həftəlik 1 GB” və “1,5 GB” paketlərinə yeni qoşulmalar dayandırılacaq.
- Qeyd olunan tarixdən etibarən bütün iri həcmli internet paketlərinin istifadə müddəti 28 gün təşkil edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları