Previous Next
Bağla

Bakcell abunəçiləri üçün daha bir yenilik edib

22-09-2016 11:52
Bakcell abunəçiləri üçün daha bir yenilik edib

Bakcell şirkəti öz abunəçiləri üçün yeni fürsət təqdim edib.

Şirətdən Xeberler.az-a verilən məlumata görə, 26 sentyabr 2016-cı il tarixindən etibarən Bakcell abunəçilərinə fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçid imkanı təklif edəcək. Bu təklif abunəçilərə zəng etmək yolu ilə təqdim olunacaq.

Zəng olunacaq abunəçilərə aylıq abunə haqqı olan tarif paketlərindən biri təklif ediləcək və abunəçilər yalnız onlara təklif olunan tarif paketinə keçid edə biləcəklər. Bu imkandan yalnız Bakcell-dən zəng qəbul etmiş abunəçilər yararlana biləcəklər. Bu keçidlə bağlı abunəçidən hər hansı müqavilə  imzalamaq və ya keçid haqqı ödəmək tələb olunmur. Abunəçi fakturasız xətdəki tarif paketindən fakturalı xətdəki tarif paketinə keçidi özünün keçid ediləcək nömrəsinə gələn SMS-ə verəcəyi cavab SMS-i vasitəsilə təsdiq edəcək.

Tarif paketlərinin keçidi zamanı abunəçiyə təqdim olunan məlumata əsasən həmin nömrədə abunəçinin qəbul etdiyi tarif paketinin aylıq abunə haqqı həcmində və əlavə olaraq 10 AZN məbləğində kredit limiti ayrıla bilər. Tarif paketlərinin keçidi aşağıdakı qaydada baş tutacaq:

-  Abunəçiyə Bakcell-in (055) 6199964 nömrəsindən zəng ediləcək və abunəçiyə fakturalı xətdəki aylıq abunə haqqı 9 AZN, 15 AZN, 25 AZN, 50 AZN və ya 85 AZN olan tarif paketlərindən birinə keçid etmək təklif olunacaq;

-  Abunəçi razılıq verdiyi təqdirdə, onun razılığını təsdiq etmək üçün abunəçinin nömrəsinə təklif olunan tarif paketinə uyğun aşağıda qeyd olunan nömrələrdən müvafiq SMS göndəriləcək:

o   9 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5116 nömrəsindən;

o   15 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5117 nömrəsindən;

o   25 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5118 nömrəsindən;

o   50 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5119 nömrəsindən;

o   85 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5120 nömrəsindən.

-  Abunəçi razı olduğunu təsdiq etmək üçün müvafiq nömrədən gələn SMS-ə “1” yazıb göndərməlidir;

-  Abunəçi təsdiq SMS-i göndərdikdən bir neçə dəqiqə sonra mövcud tarif paketinin dəyişdirilməsi baş verəcək.

Abunəçi müvafiq keçiddən sonra istədiyi zaman Bakcell-in müştəri xidmətlərinə yaxınlaşıb müvafiq sənədləri təqdim etmək və müvafiq xidmət haqqını ödəmək şərtilə fakturasız xəttə geri qayıda bilər. Bakcell şirkəti yaxın gələcəkdə bu prosesə yeni tarif paketlərini əlavə etməklə öz abunəçilərini sevindirəcək.

Tarif paketlərinə keçidlə bağlı yaranan hər hansı suala abunəçilər Bakcell-in müştəri xidmətlərinə müraciət etməklə, 555 nömrəsinə zəng vurmaqla və ya SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən yenilik

09-12-2015

Sərfəli şərtlərlə Samsung S6 Edge almaq imkanı

24-05-2016

GəncOl tarifində daha bir yenilik

01-02-2016

Azercell yenilənmiş GəncOl tarif paketini təqdim edir

06-05-2019

SimSim abunəçiləri üçün 40 faizlik endirim

03-02-2016

Azercell-dən GəncOL8 tarif paketinə qoşulan abunəçilərinə HƏDİYYƏ İNTERNET

12-09-2018

Azercell-in Gənc OL tarifi yenilənib

18-09-2015

Gənc OL abunəçiləri üçün endirim kampaniyaları

29-12-2015

Azercell abunəçiləri üçün yeni Sadə tarif paketini təqdim edir

17-04-2019

Dünyanın məşhur oyunları Azercell-in yeni portalında

09-09-2016

Azercell-dən pulsuz smartfon-Kampaniya

21-06-2017

iPhone əldə etmək üçün əla fürsət- Kampaniya

10-03-2016

Azercell-dən Korporativ abunəçilər üçün biznes paketləri

05-05-2015

Yenilənmiş Sərbəst tarifləri ilə daha əlçatan ünsiyyət!

05-02-2021

Azercell-in tarif paketinə qoşulan abunəçilərə endirim imkanı

19-11-2015

Ailə TV kanallar paketi yenilənəcək

05-08-2015

Gənc OL ilə 55 məkanda 50 faizə qədər endirim

07-03-2016

Azercell “Hədsiz” tarif paketində yenilik edib

04-10-2016

“Azercell” şərtləri sərtləşdirir: Bu tarif paketləri yenilənmədikdə 8 qəpik tutulacaq

27-12-2022

Gənc Ol tarifi ilə 60-dan çox məkanda 50 faizə qədər endirim

19-04-2016

"Bakcell" tətbiqində süni intellekt dəstəkli “Tarif Məsləhətçisi”ni təqdim etdi

17-07-2024

Azercell-dən GencOl5 abunəçiləri üçün xüsusi kampaniya

01-02-2019

Azercell ilə əsl rahatlığı hiss edin

03-06-2019

Bakcell internetdən limitsiz istifadə imkanı yaradır

14-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə