Bakı bulvarında pulsuz “Wi-Fi” sistemi tətbiq ediləcək

04-09-2013 / 13:38
Dənizkənarı Milli Parkda (bulvarda) "Wi-Fi" nöqtələri quraşdırılacaq.
Bu barədə Milli Dənizkənarı Park İdarəsinin rəhbəri Nazim Məcidov məlumat verib.
Onun sözlərinə görə, sözügedən işlər bu ilin sonuna qədər başa çatdırılacaq.
"Sakinlər və şəhərimizin qonaqları məşhur sosial şəbəkələrə, xəbər portallarına, dövlət qurumlarının saytlarına pulsuz daxil ola biləcəklər, - N.Məcidov bildirib.
Qeyd edək ki, Bakı şəhərində  2013-cü ildə naqilsiz internet şəbəkəsi zonaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması ilə əlaqədar imzaladığı sərəncama müvafiq olaraq, fəaliyyətə başlayacaq.
O cümlədən, İqtisadi İnkişaf Nazirliyinə, eləcə də Mədəniyyət və Turizm Nazirliyinə ictimai yerlərdə pulsuz "Wi-Fi" zonalarının yaradılmasının təşkili ilə bağlı göstəriş verilib. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə