Previous Next
Bağla

Bakı Cənub Avtostansiyası fevral ayında tam istifadəyə veriləcək

08-01-2019 17:03
Bakı Cənub Avtostansiyası fevral ayında tam istifadəyə veriləcək

Bakı Cənub Avtostansiyası fevral ayında istifadəyə veriləcək.

Xeberler.az  bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, cənub, cənub-şərq və cənub-qərb bölgəsində yaşayan vətəndaşların paytaxta rahat gediş-gəlişini təmin etmək məqsədilə Lökbatan ərazisində yeni avtostansiya inşa edilir. Artıq tikinti işlərinin bir qismi başa çatdırılıb. Fevral ayında isə Bakı Cənub Avtostansiyası tam hazır vəziyyətdə vətəndaşların istifadəsinə veriləcək.

N.Allahyarova qeyd edib ki, yeni avtostansiya fəaliyyətə başladıqdan sonra Lökbatan dairəsindəki nəqliyyat xaosu aradan qalxacaq. “Həmin ərazidə ticarət mərkəzləri çox sıx yerləşib. İstər cənub, cənub-şərq və cənub-qərb bölgəsindən gələn vətəndaşlar, istərsə də Bakıdan Lökbatan dairəsi istiqamətinə gedənlər nəqliyyat vasitələrini dairənin ətrafında saxlayır. Bu da avtonəqliyyat vasitələrinin keçidi üçün maneə yaradır və hərəkət üçün bir zolaq saxlanılır. DANX Dövlət Yol Polisi ilə birlikdə reyd keçirərək dairə ətrafında nəqliyyat vasitələrinin dayanmasının qarşısını alıb. Bu nəqliyyat vasitələri avtostansiyaya yönəldilib. Artıq avtonəqliyyat vasitələri dairədən sırf hərəkət üçün istifadə edir”, deyə N.Allahyarova bildirib.

Onun sözlərinə görə, avtostansiyanın ən böyük üstünlüyü ondan ibarətdir ki, hazırda ticarət mərkəzlərindən alış-veriş edib cənub, cənub-şərq istiqamətinə gedən sərnişinlər əvvəlcə 20 Yanvar dairəsinə, oradan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK), daha sonra isə rayona getməlidir. Avtostansiya istifadəyə verildikdən sonra isə artıq alış-veriş edib rayona getmək istəyən vətəndaşlar, birbaşa Bakı Cənub Avtostansiyasından rayona gedə biləcəklər.

“Avtostansiya qeyri-qanuni daşımaların da qarşısını alacaq. Çox zaman sərnişinlər Lökbatandan Avtovağzala getmək əvəzinə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrindən istifadə edir. Avtostansiya istifadəyə verildikdən sonra qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələrinin ərazidə sərnişindaşımalarına qadağa qoyulacaq. Bu da həm avtomobillərin sıxlığını aradan qaldıracaq, insanların rahat gediş-gəlişini təmin edəcək, qanunsuz daşımaların qarşısını alacaq, həm də BBAK-ın üzərinə düşən yükü azaldacaq”, - deyə N.Allahyarova vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nuridə Allahyarova qanunsuz bilet satışı ilə bağlı açıqlama verib

08-08-2018

Bakıda üçtərəfli görüş keçirilib

09-09-2022

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

02-05-2024

NRYTN-da kadr dəyişikliyi edilib

04-06-2018

Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi

15-04-2019

Ermənistanda və Afrikada internetə çıxışda problemlər yaranıb

11-07-2010

Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

22-12-2024

Regional avtovağzallara pasport verilib

01-06-2018

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni internet saytı istifadəyə veriləcək

04-09-2018

Avtovağzal Kompleksinin ərazisində məlumat lövhələri quraşdırılıb

23-05-2019

Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir

06-09-2025

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb

13-10-2018

Azərbaycan İranın radiotezliklərə müdaxiləsindən narahatdır

10-11-2022

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019

Məsud Pezeşkian: Azərbaycan və İran elm və texnologiya mübadiləsi üçün bir məkandır

29-04-2025

Nazir Rəşad Nəbiyev Belarusun nəqliyyat və kommunikasiya naziri ilə görüşüb

16-05-2024

Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

03-11-2009

Nazir Rəşad Nəbiyev Pakistanın dövlət naziri ilə görüşüb

24-02-2023

BakuBus-larda Wi-Fi xidməti nə vaxt aktiv olacaq?

06-05-2016

NRYTN bayram günlərində xüsusi iş rejimində fəaliyyət göstərəcək

19-03-2020

Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni inkişaf mərhələsinə keçir

04-09-2018

Günəş batareyaları üçün yeni rekord əldə edildi

10-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə