Previous Next
Bağla

Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi

15-04-2019 12:32
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi

Ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşlarıntəhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib.

Xeberler.az  bildirir ki, Nəqliyyat qovşağı 50 000 m 2 ərazini əhatə edir. 8500 m 2 ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib. Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli “Baku Crossway Hotel”i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir. Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.

Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb.

Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir. Nəqliyyat qovşağında Almaniyanın “SAP”şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində “SAP” texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu, həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakıvəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir.

“Cisco” şirkəti ilə reallaşdırılan “Ağıllı şəhər” pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq. Sərnişinlər biletləri BBAK-ın, “Silkway” turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsi ilə “www.avtovagzal.az” saytından əldə edə bilərlər. Bu istiqamətdə görülən işlərdən biri kimi, müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Avtovağzal Kompleksinin ərazisində məlumat lövhələri quraşdırılıb

Avtovağzal Kompleksinin ərazisində məlumat lövhələri quraşdırılıb

23-05-2019
Bakı Cənub Avtostansiyası fevral ayında tam istifadəyə veriləcək

Bakı Cənub Avtostansiyası fevral ayında tam istifadəyə veriləcək

08-01-2019
Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

12-06-2018
Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018
Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi  istifadəyə verildi

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

06-12-2018
Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

03-09-2025
Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

24-11-2022
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

08-04-2026
Sərnişinlər onlayn bilet ödənişlərini  "Apple Pay" və "Google Pay"dən edə biləcək

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026
Avtobuslara GPS izləmə cihazı quraşdırılacaq

Avtobuslara GPS izləmə cihazı quraşdırılacaq

08-12-2015
AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

19-10-2022
“Biletim.az” üzərindən onlayn bilet satışı 2 dəfə artıb

“Biletim.az” üzərindən onlayn bilet satışı 2 dəfə artıb

10-03-2026
"Biletim.az" portalına yeni funksiya əlavə olunub

"Biletim.az" portalına yeni funksiya əlavə olunub

05-05-2026
Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026
Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

26-06-2022
Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

Sumqayıtda ilk Şəbəkə xidmət mərkəzi istifadəyə verildi

26-07-2018
AYNA tərəfindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

AYNA tərəfindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

10-10-2024
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

08-05-2025
Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

Yeni Şəbəkə xidmət mərkəzi açılacaq

11-02-2018
Azərbaycanda startapçılara səfər qrantlarının verilməsinə başlanılıb

Azərbaycanda startapçılara səfər qrantlarının verilməsinə başlanılıb

04-10-2018
"Tezliklə daha təkmil "Bakıkart" proqramı istifadəyə veriləcək"

"Tezliklə daha təkmil "Bakıkart" proqramı istifadəyə veriləcək"

23-10-2024
Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

25-07-2022
Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

Ağdaşda Şəbəkə Xidmət Mərkəzi istifadəyə verilib

29-10-2019
Bu bölgələr üzrə elektron biletlər satışa çıxarıldı

Bu bölgələr üzrə elektron biletlər satışa çıxarıldı

21-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə