Previous Next
Bağla

Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni inkişaf mərhələsinə keçir

04-09-2018 17:33
Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni inkişaf mərhələsinə keçir
Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı sentyabrın 1-də Soçidə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə imzalanan çoxlu sayda sənədlər iki ölkə arasındakı siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafının yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində mövcud münasibətlərin genişləndirilməsi və hüquqi bazanın formalaşdırılması istiqamətində imzalanan "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum” da bu sənədlərdən biridir. Memorandum nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının yeni müstəviyə və inkişaf mərhələsinə keçməsinə xidmət edəcək.
 
Xeberler.az  məlumat verir ki, bu sözləri AZƏRTAC-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə deyib.
 
Nazir müavini qeyd edib ki, həmin sənədin imzalanması Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin rəqəmsal infrastrukturunun yaradılması üzrə əməkdaşlığın genişləndirilməsinə, hər iki dövlətdə informasiya-kommunikasiya texnologiyalarının nəqliyyat sahəsində tətbiqinə, innovasiya texnologiyalarının yaradılması və öyrənilməsi üzrə elmi-tədqiqat, texnoloji və eksperimental proqramların, layihələrin həyata keçirilməsinə, əldə edilmiş təcrübə və bilik mübadiləsinə səbəb olacaq.
 
"İmzalanmış sənəd ölkələrimiz üçün mühüm əhəmiyyət daşıyan sənədlərdən biridir. Memorandum nəqliyyat sahəsində Azərbaycan və Rusiya arasında əməkdaşlığın yeni müstəviyə və inkişaf mərhələsinə keçməsinə xidmət edəcək”, - deyə E.Vəlizadə qeyd edib.
 
Nazir müavini bildirib ki, memorandumda nəqliyyat sahəsində logistika, innovativ texnologiyalar və mövcud informasiya sistemlərinin inkişafında ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi qeyd olunur: "Bu baxımdan da həm ölkələrarası, həm də ölkələrin özündə bu sahədə işlərin görülməsi müddəası da sənəddə öz əksini tapıb. Bütün bunlar onu göstərir ki, bu sənədin imzalanması üçün ölkələrdə artıq müəyyən əsas, bünövrə mövcuddur. Həm Azərbaycanın, həm Rusiyanın informasiya-kommunikasiya texnologiyalarının xüsusilə də nəqliyyat sahəsində tətbiqi üzrə müsbət təcrübələri mövcuddur. Hesab edirik ki, bu təcrübələrin bölüşülməsi çox vacibdir”.
 
"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üçün memorandumda xüsusi müddəalar da nəzərdə tutulub. Nəqliyyat infrastrukturunun ilə yanaşı, bu sahədə informasiya texnologiyalarının infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulub. Azərbaycan qarşısına qoyduğu nəqliyyat-tranzit, logistika mərkəzinə çevrilməsi hədəfinə yaxınlaşır. Artıq bizim buna müəyyən potensialımız da var. Azərbaycanın yaratdığı infrastruktur, yəni, avtomobil yolları, dəmir yolları, Bakı Beynəlxalq Ticarət Limanı və sair buna tam şəkildə imkan yaradır. Bu baxımdan, ölkələrimiz üçün "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çox mühüm əhəmiyyətə malikdir. Bu gün dəhliz iki ölkənin iqtisadi potensialını yüksəldir. Hesab edirəm ki, imzalanmış memorandum bizə yeni bir mərhələyə keçməyə imkan yaradacaq, ölkələrimiz arasındakı əməkdaşlıq daha da inkişaf edəcək”, - deyə nazir müavini vurğulayıb.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda üçtərəfli görüş keçirilib

Bakıda üçtərəfli görüş keçirilib

09-09-2022
Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

22-12-2024
Azərbaycan-Rusiya münasibətləri hər bir sahə üzrə dinamik inkişaf edir

Azərbaycan-Rusiya münasibətləri hər bir sahə üzrə dinamik inkişaf edir

19-08-2024
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

03-02-2022
Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

27-11-2018
Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025
NRYTN ilə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

NRYTN ilə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

26-06-2021
Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019
Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018
Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

29-11-2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019
Nazir Rəşad Nəbiyev Belarusun nəqliyyat və kommunikasiya naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Belarusun nəqliyyat və kommunikasiya naziri ilə görüşüb

16-05-2024
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019
Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018
Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018
Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

01-05-2019
Nazir müavini Rövşən Rüstəmov Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayla görüşüb

Nazir müavini Rövşən Rüstəmov Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayla görüşüb

18-08-2022
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

19-01-2022
NRYTN-nin təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib

NRYTN-nin təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib

23-09-2021
Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

24-09-2024
Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə