Previous Next
Bağla

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb

13-10-2018 09:45
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, ölkəmiz dünyada sayı məhdud olan kosmik dövlətlər sırasına qoşulub.
 
Xeberler.az  bildirir ki, AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov Prezident İlham Əliyevin 15 illik hakimiyyət dövrünün yekunlarınına həsr olunmuş məqaləsində bu qlobal layihələrdən bəhs edir.
 
Məqalədə qeyd olunur ki, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in ("Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb.
 
Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdıran prezidentin köməkçisi yazır: "Təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində "Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılıb. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib.
 
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulduğunu qeyd edən Əli Həsənov xatırladır ki, 2010-cu ildə "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, 2013-cü il ölkədə "İnformasiya Texnologiyaları İli” elan edilib. Həmin il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən "Azersky” peyki, bu ilin sentyabrında isə daha bir telekommunikasiya peyki - "Azerspace-2” orbitə çıxarılıb.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda üçtərəfli görüş keçirilib

09-09-2022

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017

İnsanın kosmosa ilk uçuşundan 57 il ötür

12-04-2018

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi təyin edilib

23-02-2015

Prezident İlham Əliyevin seçildiyi “10 ilin dövlət adamı” mükafatının İstanbulda təqdimat mərasimi keçirilib

15-07-2013

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025

Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni inkişaf mərhələsinə keçir

04-09-2018

"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib

10-10-2024

Prezident Administrasiyasının yeni strukturu məlum oldu

30-11-2019

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022

Azerspace-2 sentyabrın sonunda orbitə buraxılacaq

13-09-2018

Aprelin 12-si Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür

12-04-2021

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2018

Nazir Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb

14-09-2020

NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

07-10-2021

Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

20-10-2015

Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

29-11-2018

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018

NRYTN Caspian Energy Forum Baku– 2018-ə rəsmi dəstək göstərir

08-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə