Bakı Dövlət Universiteti “Virtual Universitet” layihəsini həyata keçirir

23-01-2009 / 15:34

Azərbaycan Boloniya  deklarasiyasını imzaladıqdan sonra ölkə qarşısında əsas məsələlərdən biri Avropa standartlarına uyğun təhsil sistemi qurmaqdır.

Boloniya deklarasiyasına müvafiq olaraq Azərbaycanda neçə ildir ki, sistemli iş aparılır. Əsas şərtlərdən biri təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunmasıdır. Bununla əlaqədar Azərbaycanda ali təhsildə İKT-nin tətbiqi və “Virtual Universitet” layihəsinin gerçəkləşməsi prosesi başlayıb.

Bu istiqamətdə addım atan ilk universitet Bakı Dövlət Universitetidir. Layihə AzRENA təhsil Assossiasiyası, Bakı Dövlət Universiteti və alman şirkəti İMC ilə birgə TACIS-in “Cənubi Qafqazda Elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində yaradılmış Elektron Təhsil Mərkəzi tərəfindən həyata keçirilmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə