Bakı sakinləri sürücülük vəsiqələrini evdə dəyişə biləcək

21-05-2015 / 12:30

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sürücülük vəsiqəsinin yerində dəyişdirilməsi üçün “ASAN” xidmət əməkdaşının çağırış xidmətini işə salıb.

Xəbərlər bildirir ki, bu barədə “ASAN” xidmətdən məlumat verilib.

Hazırda Bakı ərazisində sürücülük vəsiqəsinin dəyişdirilməsi üzrə səyyar xidmət həyata keçirilir. Agentliyin səyyar xidmətindən istifadə etmək üçün 9108 qısa nömrəsindən istifadə etmək olar.

“ASAN” xidmətdən verilən məlumatda deyilir: “Paytaxtda yaşayan və ya işləyən vətəndaş bu əməliyyatı həyata keçirmək üçün səyyar “ASAN” xidməti əməkdaşını çağıra bilər. Xidmət ödənişlidir. Xidmətin qiyməti 90 manatdır (ƏDV-siz)”.(trend)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə