Bakıda “Kibertəhlükəsizlik günləri” çərçivəsində panel iclasları keçirilir

22-09-2023 / 11:51

Sentyabrın 22-də Bakıda "İCSD 2023" - "Rəqəmsal iqtisadiyyat və kibertəhlükəsizlik" ("Digital economies and cybersecurity") çərçivəsində keçirilən panel iclası öz işini davam edir.

Xeberler.az məlumat verir ki, tədbir Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ölkənin ən böyük kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

"Azərbaycan Kibertəhlükəsizlik günləri" çərçivəsində keçirilən bugünkü panel iclasında "Prosol" şirkəti tərəfindən ssenari əsaslı kibertəqdimat “Mavi komanda” və “qırmızı komanda” arasında virtual müharibə canlandırması: kiberhücum və kibermüdafiə" mövzusunda keçirilir. Panel iclasının moderatoru “Prosol” şirkətinin TƏM (SOC) meneceri Əlihüseyn Bayramov iştirakçılara kiberhəllər barədə məlumat verib.

Panel iclası ilə paralel olaraq “Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransı çərçivəsində “Taxt Oyunları” (Game of Thrones) formatlı kiberyarış keçirilir. Kiberyarış 5 saat davam edəcək. Yarış 2 və ya 3 üzvdən ibarət olmaqla, komandalar arasında reallaşacaq. Seçiləcək 10 komanda müsabiqə zamanı verilən tapşırıqların həllini mümkün ən qısa zamanda təmin etmək uğrunda mübarizə aparacaqlar. Məhdud vaxt çərçivəsində tapşırıqları uğurla yerinə yetirən və ən yüksək xal toplayan komanda “Taxt”ın sahibi (qalib) elan olunacaq. Qalib komandanın üzvləri xüsusi mükafatlarla təltif ediləcək.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə