Previous Next
Bağla

Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans keçiriləcək

25-06-2010 07:56
Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans keçiriləcək

Cari ilin 27-30 sentyabr tarixlərində Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans (International Conference on Ternary and Multinary Compounds - ICTMC-17) təşkil olunacaq.

30 ildən artıq hər iki ildən bir dünyanın tanınmış elmi mərkəzlərində keçirilən bu konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda keçiriləcək.

Tədbirin sponsorları qismində Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu çıxış edirlər.
 
Qeyd etmək lazımdır ki, konfransın Bakıda keçirilməsinə razılıq əldə etmək Fizika İnstitutunun alimlərinin böyük zəhməti nəticəsində başa gəlib.
Tədbirdə iştirak etmək üçün Bakıya Rusiya, Yaponiya, Almaniya, Fransa, Avstriya, ABŞ, İsveç, İspaniya və bir çox digər ölkədən tanınmış fiziklər təşrif buyuracaqlar. 
Konfransda üçqat və daha mürəkkəb yarımkeçirici birləşmələrlə bağlı, eləcə də fizika, kimya, materialşünaslıq, maşınqayırma və digər istiqamətləri əhatə edən mövzular müzakirə olunacaq.  
 
Tədbir haqqında daha ətraflı məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının “Sərgi, konfrans, seminar” bölməsindən və ya http://elm.gov.az/physics/ictmc17/ünvanından almaq olar.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kibernetika və informatika problemləri mövzusunda konfrans keçiriləcək

17-07-2010

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011

Azərbaycanda Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başlayacaq

26-11-2009

Milli Grid şəbəkə sistemi yaradılır

19-01-2009

Elmin fundamental və tətbiqi problemləri üzrə VI Beynəlxalq simpozium keçiriləcək

06-03-2011

ABŞ-da “İnformasiya texnologiyaları: yeni nəsil” VIII Beynəlxalq konfrans keçiriləcək

08-12-2010

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024

Bakıda İKT sahəsinə dair beynəlxalq konfrans keçiriləcək

14-10-2009

Azərbaycanda «Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf» konfransı keçiriləcək

08-11-2010

Azərbaycanda GRİD şəbəkəsinin yaradılması yaxın bir ayda başa çatacaq

26-01-2009

İKT problemləri ilə bağlı respublika elmi-praktiki konfrans keçiriləcək

01-02-2023

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022

Milli Grid şəbəkə sistemi yaradılır

06-03-2009

Sabah “BakuTel” çərçivəsində ənənəvi İKT konfransı keçiriləcək

04-11-2009

Bakıda gənc alim və tələbələrin III beynəlxalq elmi konfransı keçiriləcək

03-10-2009

Azərbaycan nümayəndəsi beynəlxalq elmi-texniki konfransda iştirak edir

21-05-2009

Bakıda IV beynəlxalq konfrans keçiriləcək

26-03-2012

"Kibernetika və informatika problemləri" adlı beynəlxalq konfrans keçiriləcək

05-05-2010

Bakıda “Telekommunikasiya və informasiya texnologiyaları” konfransı keçirilib

05-11-2009

Bakıda İT şirkətləri üçün beynəlxalq konfrans keçirildi

12-03-2013

Bakıda IKT-nin gəncliyin inkişafında roluna dair beynəlxalq konfrans keçiriləcək

30-10-2009

Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır

10-02-2010

Azərbaycan nümayəndə heyəti “Elektron məktəb – 2011” adlı beynəlxalq konfransda iştirak edəcək

08-09-2011

Nazirlik yubiley sessiyası keçirəcək

08-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə