Bakıdakı apteklərin siyahı və ünvanları olan mobil tətbiq yaradıldı

10-11-2015 / 21:56

Bakı şəhərində yerləşən apteklərin siyahısını və ünvanını təqdim edən yeni mobil tətbiq istifadəyə verilib.

Xeberler.az-ın məlumatına görə, Zeytun Aptek adlı mobil əlavədə aptekləri filtrasiya üzrə axtarış etmək mümkündür.

Belə ki, bu mobil tətbiqi yükləyən zaman istifadəçi tətbiq vasitəsilə Bakıda ona lazım olan bütün aptekləri tapa bilər.

Mobil əlavədə apteklərin yerləşdiyi ünvanlar telefon nömrəsi ilə qeyd edilib.

Tətbiqə 400-ə qədər aptekin siyahısının yerləşdiriləcəyi gözlənilir. Tətbiq hələlik Android istifadəçiləri üçün istifadəyə verilib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə