Previous Next
Bağla

Elektron reseptə qoşulmaq qaydası necədir?

05-02-2025 16:57
Elektron reseptə qoşulmaq qaydası necədir?

Elektron resept tətbiqi həkimlər, vətəndaşlar və əczaçılar tərəfindən vahid bir sistem şəklində istifadə üçün nəzərdə tutulub və həmin tətbiqə qoşulma prosesi olduqca sadədir.

Xeberler.az məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova elektron reseptə qoşulmaq qaydasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bunun üçün müvafiq mobil cihazlara “Reseptim” mobil tətbiqini yükləmək kifayətdir: “Reseptim” mobil tətbiqinin əlçatanlığını təmin etmək məqsədilə 2024-cü ilin yanvar ayından etibarən Səhiyyə Nazirliyinin rəsmi internet resurslarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) “Elektron Resept” tətbiqi üçün xüsusi keçidlər yerləşdirilib. Həmin keçidlərdə qeyd olunan QR kodları müvafiq mobil cihazlarla skan edərək “Reseptim” mobil tətbiqini sürətli şəkildə yükləmək mümkündür. “Reseptim” mobil tətbiqinə giriş “Digital login” vasitəsilə həyata keçirilir. Tətbiqə daxil olduqdan sonra elektron resept təyin etmək üçün “Profil seçimi” funksiyasından istifadə edənlər müvafiq olaraq həkim və ya vətəndaş profili seçməlidir. Həkimlər üçün olan profildə onlar təyin etdikləri bütün elektron reseptləri, eləcə də müayinəyə gələn pasiyentlərin siyahısını görmələri üçün imkan mövcuddur”.

Mütəxəssis bildirib ki, həkim bir neçə tibb müəssisəsində fəaliyyət göstərirsə, “Profil seçimi” funksiyası vasitəsilə resepti təyin etdiyi hazırkı tibb müəssisəsini seçməlidir. Bununla yanaşı, “Reseptim” mobil tətbiqi həkimlərə elektron reseptlərdə dərman vasitələrinin istifadə qaydalarını və doza hədlərini qeyd etmək imkanı da təqdim edir. Vətəndaşlar “Reseptim” mobil tətbiqinə pasiyent kimi daxil olduqda, onlara elektron resept təyin etmiş həkimlərin siyahısına baxmaq, təyin edilən reseptləri izləmək, reseptləri qəbul edən apteklərin siyahısını görmək kimi funksiyalardan və dərman vasitələrinin axtarış sistemindən istifadə edə bilərlər”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron resept tibbi məlumatlara əlçatanlığı təmin edəcək”

17-01-2024

Azərbaycanda həkimdən resepti elektron formada almaq olacaq

30-12-2016

Bütün tibb müəssisələri elektron resept sisteminə keçid edəcək

05-02-2025

Naxçıvanda “Elektron resept” layihəsinin təqdimatı olub

07-03-2024

E-bülleten nədir və əvvəlki kağız versiyadan nə ilə fərqlənir?

23-04-2025

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

Dərmanın qiyməti telefon və planşetdə

02-12-2015

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

Səhiyyə sistemində yeni texnologiyanın tətbiqinə başlanıb

23-01-2018

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011

İndiyədək vətəndaşlara elektron qaydada verilmiş tibbi arayışların sayı açıqlanıb

17-09-2024

”Elektron səhiyyə” portalı yeniləndi

17-12-2015

“Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsi təqdim edilib

16-01-2024

“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

03-11-2015

Portalın Android versiyası istifadəyə verildi

05-05-2016

Valideynlər poliklinikalara getmədən həkim qəbuluna yazıla biləcək

21-05-2016

Rəqəmsal səhiyyə pasiyentlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırır

06-03-2025

“Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil ol!

22-01-2024

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

Xəstələri robot müalicə edəcək

23-09-2015

Azərbaycanda həkim axtarışı elektronlaşdırılıb

21-07-2015

Azərbaycanda xəstəlik vərəqələri elektron veriləcək

04-04-2023

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə