Poçt şöbələrinin axtarışı iOS və Android-də

01-04-2016 / 14:12

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən poçt şöbələrinin ünvanlarının axtarışını asanlaşdıran mobil tətbiq istifadəyə verilib.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "Poçt Ünvanları" adlı mobil tətbiq artıq iOS və Android əməliyyat sistemində işləyən qurğular üçün aktivləşdirilib.

Tətbiq Azərpoçt MMC-nin 1600-dən çox poçt şöbəsinin ünvanları barədə məlumatların xəritə üzərində bir neçə saniyədə axtarışını mümkün edir.

"Poçt Ünvanları" mobil tətbiqinin funksional imkanları genişdir. Aşağıda qeyd olunan funksionallıqlar poçt məntəqəsi üzrə axtarış zamanı istifadəçinin işini sadələşdirəcək.

- "mətni kopyala" funksionallığı əldə olunan məlumatların saxlanılmasına kömək edəcək;

- "zəng et" vasitəsilə seçilmiş poçt məntəqəsinə zəng etmək olar;

- "marşrutu göstər"-i seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat marşrutu göstərilir;

- Google Maps-də göstər funksiyasını seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan məsafə, həmin məsafəni qət etmək üçün vasitələr (şəxsi nəqliyyat, ictimai nəqliyyat və piyada marşrutu) və bu vasitələrə uyğun olaraq sərf ediləcək vaxt göstərilir.

Tətbiqdə istifadə olunan xəritə Google Maps üzərindən çalışır. Bunun üçün də, tətbiqin istifadəsi zamanı cihazın GPS naviqasiya sistemi açıq olmalıdır.

Tətbiqi App Store  və Play Store-da "Poçt Ünvanları" yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.

"Poçt Ünvanları" mobil tətbiqindən istifadə ödənişsizdir.

Tətbiqin istifadəçi təlimatı burada.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə