Facebook-dan daha bir yenilik

12-11-2015 / 16:46

Facebook hər gün yeniliklərlə qarşımıza çıxır.

Əsasən Messenger sistemindəki işləri ilə diqqət çəkən şirkət bu dəfə də istifadəçilərin bir nömrəli xəbər mənbəyi olmaq niyyətindədir. 

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nofity tətbiqini təqdim edən Facebook iOS əməliyyat sistemli cihazlar üçün həmin proqramı istifadəyə verib.

Belə ki, Facebook Notify adlanan mobil tətbiq xəbər mənbəsi  olan proqramlardan biri olacaq.  

Mobil tətbiq son dərəcə sadə istifadəyə malikdir.

Facebook-un  bu xidmətində  xəbər növləri bölməsində mövzuları seçməklə dünyada baş verən hadisələr barədə məlumat əldə edə biləcəksiniz. 

Tətbiq hələlik iOS üçün istifadəyə verilmiş mobil tətbiq ilk mərhələdə ABŞ-da istifadəyə verilib.

Proqramən bütün dünyada istifadəyə verilməsi gözlənilir.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə