Bakı, 6 aprel 2022-ci il: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) paytaxtın Suraxanı rayonunda optik xidmətlərinin əhatə dairəsini genişləndirib. Sözügedən rayonun Dədə Qorqud massivində 1600 istifadəçi tutumlu yeni optik şəbəkə qurulub. İndiyədək mis xətlər üzərindən xidmət alan 600 nömrə həmin genişzolaqlı şəbəkəyə keçirilib, eyni zamanda 300 yeni abunəçinin optik xidmətlərdən istifadəsi təmin olunub. Beləliklə, Dədə Qorqud massivində hazırda 900 mənzilə müasir standartlara cavab verən telefon və sürətli internet xidmətləri təqdim edilir.
Xeberler.az məlumat verir ki, “Baktelecom”un mütəxəssisləri tərəfindən Dədə Qorqud massivi üzrə layihə müddətində 100 kilometr uzunluğunda fiber-optik xətlər çəkilib, telekommunikasiya şəbəkəsi GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulub. Texnologiyanın üstünlüklərindən yararlanaraq sakinlərə 100 Mbit/s qoşulma sürəti və bir optik xətt üzərindən bir neçə rabitə xidmətindən istifadə imkanı yaradılıb.
Əlavə olaraq Yeni Suraxanıda və Hövsan qəsəbəsinin Quşçuluq massivində optik infrastrukturun tikintisinə başlanılıb. Bu ərazilərdə 2022-ci ilin sonunadək 12 000 istifadəçiyə telefon və sürətli internet xidmətlərinin təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Baktelecom”un optik şəbəkəsi qurularkən daha çox sakinə xidmət göstərilməsi, gələcəkdə yeni yaşayış massivlərinin salınması və əhali artımı ehtimalı nəzərə alınır.
“Bakı Telefon Rabitəsi” MMC haqqında
1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.
“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə müasir simli və simsiz texnologiyalar vasitəsilə telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra telekommunikasiya xidmətləri göstərir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.
Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.
Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.
“Baktelecom” haqqında veb-saytımız https://www.baktelecom.az/ üzərindən ətraflı məlumat ala bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri