Previous Next
Bağla

“Baktelecom” optik şəbəkəyə keçidi sürətləndirib

22-05-2020 11:10
“Baktelecom” optik şəbəkəyə keçidi sürətləndirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC paytaxt sakinlərinin genişzolaqlı xidmətlərlə təminatı üçün “Evədək optika” layihəsinin icrasını sürətləndirib.

Xeberler.az bildirir ki, artıq “Baktelecom”un “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 1600 mənzil və qeyri-yaşayış sahələrindən 500-ə qədəri optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri ilə təmin edilib. Yaxın zamanda qoruğun bütün ərazisinin genişzolaqlı xidmətlərlə tam təchiz olunması nəzərdə tutulur.

Eyni zamanda, paytaxtın Nizami, Rostropoviç, Süleyman Tağızadə, Zərgərpalan, Bünyad Sərdarov və Abdulla Şaiq küçələrində köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkəyə keçid prosesi davam etdirilir.

Hazırda görülən işlərin nəticəsi olaraq “AzEuroTel” tərəfindən 5 mindən artıq mənzil optik şəbəkəyə keçirilib.

100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik “Evədək optika” xidməti “Baktelecom”un abunəçilərinə ödənişsiz təqdim etdiyi modemlər üzərindən göstərilir.

Məlumat üçün bildirək ki, “Baktelecom” “Evədək optika” layihəsini GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tətbiq edir. Bu texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Baktelecom İçərişəhər və mərkəzi küçələri optik şəbəkəyə keçirir

01-10-2019

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019

Baktelecom optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

14-06-2019

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verib

03-12-2020

100 minədək evə sürətli internet çəkiləcək

09-04-2018

Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb

18-04-2019

“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

11-08-2020

“Baktelecom” yeni yaşayış massivi sakinlərini multimedia xidmətləri ilə təmin edir

24-08-2020

“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

05-08-2020

Baktelecom internet qiymətlərini endirdi

01-02-2018

Baktelecom 24 min mənzili optik şəbəkəyə keçirib

09-07-2019

“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin icrasını sürətləndirdi

07-07-2021

“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib

29-04-2021

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır

06-07-2022

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

“Baktelecom” mətbuat işçilərinin binasını optik şəbəkə ilə təmin edib

28-10-2020

"Baktelecom" simsiz telefon rabitəsi xidmətinin fəaliyyətini dayandıracaq

19-10-2021

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022

Naxçıvanda telefon abunəçiləri və internet istifadəçilərinin sayı artıb

04-03-2013

Jurnalistlərin binasına sürətli internet çəkiləcək

22-07-2017

"Baktelecom": Yaranmış problemin böyük qismi aradan qaldırılıb

12-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə