“Nar Mobile” “Bakutel” sərgisində yeniliklərini təqdim edib.
“Nar Mobile”dən verilən məlumata görə, sərgidə mobil operator məhsullarını və yeniliklərini geniş ictimaiyyətə təqdim edir. “Nar Mobile” mobil operatorunun rəsmi tərəfdaşı olduğu I Avropa Oyunlarına xüsusi diqqətlə yanaşı, stenddə səyahətçilərə də xüsusi diqqət yetirilir. Belə ki, “Nar Mobile” bu yaxınlarda Rouminq mükafatı proqramına başlayıb və bu proqrama əsasən xaricə səfərə çıxan istənilən “Nar Mobile” abunəçisinə rouminq xidmətindən istifadə etdiyinə görə mobil operator tərəfindən xallar (miles) verilir. Nəticədə, abunəçilər qazandıqları xallarla pulsuz təyyarə biletləri əldə etmək imkanını qazanırlar. Stend daxilində xüsusi interaktiv ekran quraşdırılmışdır ki, qonaqlar hər bir rouminq ölkəsinin xüsusiyyətləri ilə tanış olmaq imkanına malikdirlər. Onlar, həmçinin sanki həmin ölkədə olduqları anın fotoşəkilini çəkə bilirlər.
Uçuşlar və xaricə səfərlər haqqında danışarkən, qeyd edilməlidir ki, qonaqlar və abunəçilər stendə yaxınlaşmaqla uçuş xallarının toplandığı (miles) AZAL kartını ala bilirlər.
Stenddə “Nar Home” haqqında təfərrüatlı məlumat verilir. “Nar Home” bir neçə müxtəlif informasiya və əyləncə xidmətlərini bir cihazda əks etdirən və Azərbaycanda analoqu olmayan konsepsiyadan ibarətdir: baza variantında abunəçilər surətli İnternetə, televiziyaya (o cümlədən, yüksək dəqiqlik kanallarına) və İstək əsasında video xidmətinə (Video on Demand) çıxış əldə edə bilirlər.
Bu innovativ platformun bazarda mövcud olan digər təkliflərdən prinsipial fərqi ondan ibarətdir ki, ailə media fayllarının saxlanılması üçün yerli bulud (Local Cloud), ağıllı ev (Smart Home), məsafədə təhsil (Distant Learning), ev təhlükəsizliyi (Home Security) və sairə bir çox əlavə xidmətlər gələcəkdə “NarHome” ekosisteminə qoşula biləcək. “Nar Home” məhsulunun tətbiqi Azərbaycan əhalisinə ən sərfəli qiymətlərlə öndə gedən və yüksəkkeyfiyyətli telekommunikasiya xidmətlərini ehtiva edən “Nar Mobile” strategiyasını tam şəkildə əks etdirir.
Bununla belə, mobil operator diqqətini yalnız telekommunikasiya xidmətlərinə yönəltmir, o cümlədən, sosial layihələri uğurla həyata keçirir. Qeyd olunmalıdır ki, qonaqlar mobil operatorun qan donorluğuna həsr olunmuş sosial layihənin video çatxına görə Kann Festivalında aldığı Gümüş Aslan mükafatını da görə biləcəklər.
Qonaqlar sərgi zamanı, “Nar Mobile” stendində müxtəlif yarışmalarda iştirak edərək yüzlərlə qiymətli hədiyyələrə sahib ola bilərlər.