Nar Mobile Mobil TV xidmətini yeniləyib

16-03-2011 / 17:43

Şirkətdən verilən məlumata görə, indi Nar Mobile abunəçiləri Mobil TV paketini aktivləşdirməklə 30 gün ərzində xidmətdən limitsiz istifadə edə bilərlər.

Limitsiz Mobil TV paketini sifariş etməklə abunəçilər birbaşa olaraq mobil telefondan istər yerli, istərsə də xarici kanalları istədikləri qədər seyr edə bilərlər. Azərbaycanda ilk dəfə olaraq Nar Mobile-ın təqdim etdiyi Mobil TV xidmətindən yararlanmaqla abunəçilər mobil telefonlarından xəbər və idman verilişləri, həmçinin sevimli filmlərini izləyə bilərlər. Mobil TV xidməti vasitəsi ilə Az TV (Azərbaycan), ANS TV (Azərbaycan), Azad Azərbaycan (Azərbaycan), İctimai TV (Azərbaycan), Show TV (Türkiyə), ATV (Türkiyə), Kral TV (Türkiyə), Lig TV (Türkiyə), TNT (Rusiya) kimi kanalları telefonda canlı rejimdə izləmək mümkündür.

Mobil TV xidmətindən yararlanmaq üçün telefonda *777#40# şifrəsini yığmaq və ya “TV30” yazaraq 777 nömrəsinə SMS göndərmək kifayətdir. Paketi aktivləşdirdikdən sonra abunəçi əməliyyatın uğurla başa çatması haqqında bildiriş SMS-i alır. Xidmətdən aylıq istifadə haqqı 10 AZN təşkil edir. Mobil TV xidmətindən yararlanmaq üçün wap.narmobile.az səhifəsinə daxil olub Mobil TV bölməsini seçmək kifayətdir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.