Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan

09-07-2020 / 10:19

İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər.

Xeberler.az bildirir ki, ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “ Azercell Telekom” MMC “Umico” ilə əməkdaşlığı çərçivəsində müştərilərini yeni kampaniya ilə sevindirir. Mobil operator iyul ayının 15-nə kimi balanslarını onlayn ödəmə (kredit və ya debet kartları ilə) və ya xüsusi ödəniş terminalları vasitəsilə artıran Fakturasız xətt abunəçilərinə 1,4% civarında keşbək hədiyyə edir.

Kampaniyadan faydalanmaq çox asandır: Android və IOS əməliyyat sistemlərini dəstəkləyən “Umico” mobil tətbiqini AppStore və ya PlayStore-dan yüklədikdən sonra müvafiq Azercell nömrəsi ilə qeydiyyatdan keçərək hər balans artırılmasından sonra 3131 qısa nömrəsindən daxil olan SMS-ə 24 saat ərzində təsdiq cavabı vermək kifayətdir.

Xatırladaq ki, Azercell müştəriləri Umico-dan istifadə edərək çox saylı üstünlüklərdən yararlana bilərlər.

Həm Fakturasız, həm də Fakturalı Xətt istifadəçiləri tətbiqdə “Daha çox – Onlayn Xidmətlər” bölümündən istifadə edərək, topladıqları bonusları öz və ya digər Azercell abunəçisinin balansına yükləmək imkanına malikdirlər.

Kampaniya çərçivəsində ödəmə üsulları ilə https://www.azercell.com/az/personal/services/payment_balance/umico/ keçidə daxil olaraq tanış ola bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə