Previous Next
Bağla

"Azercell" yeni balans köçürmə imkanlarını təqdim edib

04-05-2020 12:54
"Azercell" yeni balans köçürmə imkanlarını təqdim edib

“Azercell Telekom” MMC “Mobil ödəmə” və “Paycell” xidmətləri çərçivəsində yeniliklər təqdim edib.

Xeberler.az bildirir ki, şirkətdən verilən məlumata görə, “Mobil Ödəmə” xidməti çərçivəsində artıq Fakturasız Xətt (“SimSim”) istifadəçiləri bu servisdən yararlanaraq öz nömrələrinin balansından həm Fakturalı, həm də Fakturasız Xətt nömrələrə 1 manatdan 50 manatadək vəsaiti hədiyyə edə bilərlər. Ay ərzində isə bir nömrədən digər nömrələrə köçürülən ümumi məbləğ 500 manat həcmində təyin edilib.

Xatırladaq ki, “Mobil Ödəmə” xidmətini aktivləşdirmək üçün “Azercell”in çoxfunksiyalı "Kabinetim” mobil tətbiqini “Playstore” və ya “Appstore”dan yüklədikdən sonra qeydiyyatdan keçərək, müvafiq elektron müqaviləni imzalamaq lazımdır.

Eyni zamanda, 23 aprel tarixindən etibarən “Paycell” xidməti vasitəsilə istənilən fakturasız xətt  nömrənin balansına 0,2 manat, 0,5 manat və 1 manatdan əlavə, həm də 2 və 5 manat vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Yeni təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd edib, 2 manat məbləğində köçürmələr üçün 2206 qısa nömrəsinə, 5 manat üçün isə 2208 qısa nömrəsinə mesaj göndərmək kifayətdir.

Hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə “Azercell” şirkəti “Mobil Ödəmə” və “Paycell” xidmətləri vasitəsilə icra edilən balans köçürmələri üçün  əlavə xidmət haqqı tətbiq etmir.

“Mobil ödəmə” xidməti haqqında ətraflı: https://www.azercell.com/az/personal/services/payment_balance/mobile_payment/.

“Paycell” xidməti haqqında ətraflı: https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Paycell xidməti üzrə göndərilən sorğuların xidmət haqqını dayandırır

22-04-2020

Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan

09-07-2020

Azercell MMC PayCELL xidmətindən istifadəni beş dəfə artırıb

14-09-2009

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

23-09-2020

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin vaxtını uzadıb

09-03-2022

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

"Azercell" abunəçiləri "Bakcell" və "Nar" nömrələrinin balansını artıra biləcək

08-05-2020

Azercell yeni mobil ödəniş xidmətini təqdim edib

21-02-2020

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell-dən “e-Təbib” mobil tətbiqini yükləyən hər kəsə 100MB hədiyyə

10-07-2020

Bu yaz Xiaomi smartfonu əldə et Azercell-dən hədiyyə qazan

03-05-2019

Azercell NNTV xidmətini təqdim edir

18-01-2019

Azercell-dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı

28-01-2019

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

"Azercell" Pakistanda rominq üzrə vahid xidmət haqqı tətbiq edəcək

20-11-2020

Azercell BluTV xidmətini təqdim edir

23-04-2020

Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

20-11-2020

Azercell «Super BizdənBizə» tarif paketində dəyişikliklər edib

05-09-2009

Azercell yeni Smartfon kampaniyasını təqdim edir!

02-07-2024

Azercell ilə əsl rahatlığı hiss edin

03-06-2019

"Azercell" rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək

29-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə