Previous Next
Bağla

Ekspertdən xəbərdarlıq: Onlayn kredit sistemi təhlükəyə çevrilib

07-05-2025 16:25
Ekspertdən xəbərdarlıq: Onlayn kredit sistemi təhlükəyə çevrilib
"Ötən günlər bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir. Bir çoxları onların adından kredit götürüldüyünü bildirilər. Araşdırdıqda isə ağlasığmaz bir vəziyyətlə rastlaşırıq. Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər. Bu proses sürətlə yayılıb".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib. 
 
Ekspert bildirib ki, müxtəlif kiber fırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb:
 
"Kredit alan şəxs adından əməliyyat aparıldığını günlərlə sonra öyrənir. Bank isə sadəcə “siz təsdiqləmisiniz” deyib məsuliyyəti üzərindən atır. Adi bir araşdırma ilə müşahidə etmək olur ki, bankların onlayn kredit prosesində ciddi risklər var.
 
Qısa araşdırma ilə müəyyən etdim ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə video zənglə vətəndaşı identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar.
 
Hətta elə nəhəng banklar var ki, güman ki xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər.
 
Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər".
 
Osman Gündüzün sözlərinə görə, Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib:
 
"Əlbəttə, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar video zəng xidmətlərindən istifadə edib identifikasiya apara bilərlər.
 
Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görsənir ki daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir".
 
Ekspert düşünür ki, Azərbaycanda da qanunvericilik təkmilləşdirilməlidir:
 
"Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır – başqa seçim verilməli deyil banklara. Bu mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında öz əksini tapmalıdır. Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir".
 
Osman Gündüz qeyd edib ki, daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bankı kartı olan vətəndaşlarla bağlıdır:
 
"Əlbəttə ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq, bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu rəqəmsal transformasiyanı da ləngidə bilər.
 
Amma düşünürəm ki bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməldir, məsələn vətəndaşlara ümumiyyətlə kredit məsələsinə stop qoymaq imkanı verməlidir.
 
Ümumiyyətlə, düşünürəm ki hazırda bu sektorda yaranmış situasiya diqtə edir ki Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləməlidir.
 
Yəni banklar kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşlara, adına onlayn kreidt götürülmüş vətəndaşlara “təhlükəsizlik sizin öhdəliyinizdədir”, “özünüz kodu təsdiqləmisiniz” deyə başdan eləməli deyillər.
 
Əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa bu problemin həlli çox çətin olacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bank xidmətlərini təqdim edən yeni sayt istifadəyə verildi

Bank xidmətlərini təqdim edən yeni sayt istifadəyə verildi

01-09-2015
Hər ay kartlardan 2 milyon manat talanır – Qanunvericilik dəyişməlidir

Hər ay kartlardan 2 milyon manat talanır – Qanunvericilik dəyişməlidir

22-05-2025
Bankların kredit vermək vətəndaşların isə kredit almaq imkanları artıq asanlaşacaq

Bankların kredit vermək vətəndaşların isə kredit almaq imkanları artıq asanlaşacaq

05-09-2018
Ölkənin bank sektorunda kredit öhdəliyi üzrə məlumat bazasına müraciətlər artıb

Ölkənin bank sektorunda kredit öhdəliyi üzrə məlumat bazasına müraciətlər artıb

26-08-2013
Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

14-03-2016
“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024
Elektron arayışla kredit verən bankların sayı artacaq

Elektron arayışla kredit verən bankların sayı artacaq

28-12-2014
 Yelo Bank-dan 50 000 AZN-dək onlayn kredit

Yelo Bank-dan 50 000 AZN-dək onlayn kredit

31-08-2022
Kreditlər elektron arayışla veriləcək

Kreditlər elektron arayışla veriləcək

29-12-2014
Banklar “Asan İmza”dan effektiv istifadə edir

Banklar “Asan İmza”dan effektiv istifadə edir

29-04-2016
“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!

“SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!

08-08-2024
Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

15-12-2016
Daha 2 qurum portal üzərindən xidmət edəcək

Daha 2 qurum portal üzərindən xidmət edəcək

26-01-2018
Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

17-11-2023
Daha bir bank portala qoşuldu

Daha bir bank portala qoşuldu

24-10-2017
Kredit kartları ilə xərclənən pullar-bu cür tendensiya təhlükəlidirmi?

Kredit kartları ilə xərclənən pullar-bu cür tendensiya təhlükəlidirmi?

14-07-2023
Alkredit.az  Bakcell-lə əməkdaşlığa başladı

Alkredit.az Bakcell-lə əməkdaşlığa başladı

27-07-2015
“Moody’s”: Onlayn ödəmə platformalarının çoxalması depozitləri bahalaşdırır

“Moody’s”: Onlayn ödəmə platformalarının çoxalması depozitləri bahalaşdırır

15-10-2020
Elektron Hesabat Sistemi yaradıldı

Elektron Hesabat Sistemi yaradıldı

16-08-2018
Bankların adından saxta kredit səhifələri yaradanlar saxlanılıb

Bankların adından saxta kredit səhifələri yaradanlar saxlanılıb

04-06-2026
DİN: Bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var

DİN: Bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var

09-12-2025
Azərbaycanda banklar və əhali üçün ən ciddi  kibertəhlükələr

Azərbaycanda banklar və əhali üçün ən ciddi kibertəhlükələr

31-01-2023
Daha bir qurum “Elektron Hökumət” portalına inteqrasiya ediləcək

Daha bir qurum “Elektron Hökumət” portalına inteqrasiya ediləcək

11-09-2015
Mərkəzi Bank fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək

Mərkəzi Bank fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək

04-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə