Bakı Ali Neft Məktəbinin (BANM) 35 komandası Türkiyədə “TEKNOFEST 2026”nın final mərhələsində iştirak edir.
Xeberler.az məlumat verir ki, BANM finalda Azərbaycan üzrə ən çox komanda ilə təmsil olunan ali təhsil müəssisəsidir.
Bakı Ali Neft Məktəbinin komandaları yarışa ümumilikdə 36 layihə ilə qatılıb. Artıq festival çərçivəsində layihələrdən 3-ü Ankarada, 1-i isə Diyarbəkirdə təqdim edilib. 32-si isə 30 sentyabr – 4 oktyabr tarixlərində Şanlıurfada keçiriləcək final mərhələsində mübarizə aparacaq.
Layihələr süni intellekt, rəqəmsallaşma, dayanıqlı inkişaf, ekoloji problemlərin həlli, istehsal proseslərinin optimallaşdırılması və müasir təhlükəsizlik texnologiyaları kimi aktual istiqamətləri əhatə edir.
Qeyd edək ki, "TEKNOFEST 2026" festivalı çərçivəsində ümumilikdə 52 yarış və 127 alt-kateqoriya üzrə müsabiqələr təşkil olunacaq.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları