Previous Next
Bağla

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017 10:20
İnformatika Olimpiadasının qalibləri açıqlanıb

Məlumat verdimiz kimi, "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın final mərhələsi keçirilib.

Xeberler.az-ın məlumatına görə, artıq qaliblərin də adı açıqlanıb.

Belə ki, Bakı Mühəndislik Universitetinin "BEU Programmers" komandası 1-ci, Bakı Dövlət Universitetinin "CtrlZ" komandası 2-ci, ADA Universitetinin "ADA U1" komandası 3-cü və Bakı Ali Neft Məktəbinin "BHOS2" komandası 4-cü yerə layiq görülüb.

Olimpiadanın final mərhələsində respublika üzrə 16 ali təhsil müəssisəsinin 16 komandası iştirak edib. Ümumilikdə isə, 24 ali təhsil müəssisəsindən 52 komanda qeydiyyatdan keçərək olimpiadaya qatılıb.

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

Qeyd edək ki, qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə sponsorlar tərəfindən təqdim edilən qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla mükafatlandırılacaq.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırdı

21-05-2018

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017

Nar İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

17-05-2018

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

İnformatika Olimpiadasının qalibləri açıqlandı

07-05-2018

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019

İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə