BANM tələbəsi “Microsoft”da kritik təhlükəsizlik boşluğu aşkar edib

23-09-2024 / 14:02

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Zeynalxan Quliyev “Microsoft” şirkətində kritik təhlükəsizlik boşluğu taparaq adını “Microsoft”un Şərəf lövhəsinə yazdırıb. Nəticədə ona pul mükafatı təqdim olunub.

Bununla yanaşı Zeynalxan “Panasonic”, Avropa İttifaqının (CERT-EU), Monash, Lenovo, Opera və Cisco kimi tanınmış şirkətlərin veb saytlarında da müxtəlif təhlükəsizlik boşluqları aşkar edib. Bu araşdırmalar nəticəsində də bir sıra mükafatlar alıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə