“Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün infosessiya keçirib.
Xeberler.az məlumat verir ki, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov “TEKNOFEST”in tələbə və gənc tədqiqatçılar üçün yeni imkanlar açdığını bildirib. Qeyd edib ki, BDU komandaları Şimali Kipr Türk Respublikasında keçiriləcək “TEKNOFEST-2025” üçün də həvəslə hazırlaşır.
Daha sonra Ahmet Köse dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2025”lə bağlı geniş təqdimat edib. “TEKNOFEST-2025”də komandalar 51 əsas, 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar. Festivalda iştirak üçün qeydiyyat fevralın 20-dək davam edəcək.
Tədbirin sonunda Ahmet Köse yarışmaya qatılmaq istəyən BDU komandalarının suallarını cavablandırıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri