Previous Next
Bağla

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023 13:41
İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

“Türkiyənin beynəlxalq aerokosmik və texnologiya festivalı – TEKNOFEST-in Azərbaycanda baş tutmasını dəstəkləyirik. Gələcəkdə bu tədbirin Azərbaycanda daimi keçirilməsi və eləcə də digər türk dövlətlərində təşkil edilməsi təşəbbüslərini dəyərləndiririk”.

Bunu TEKNOFEST-in İdarə Heyətinin üzvü, Türkiyə Texnologiya Komandası Fondunun koordinatoru İrem Bayraktar bildirib.

O deyib ki, TEKNOFEST-in texnologiya sahəsindəki müsabiqə iştirakçılarının böyük əksəriyyəti Türkiyədəndir, ikinci yeri isə Azərbaycan tutur:

“Azərbaycanda TEKNOFEST çərçivəsində 2022-ci “Take Off Baku” startap sammiti keçirdik. Əlbəttə, istərdik ki, texnologiyalar sahəsində olan fəaliyyətlər Azərbaycanda daimi olsun”.

İ.Bayraktar deyib ki, bu il keçirilmiş TEKNOFEST-ə bir milyon iştirakçı qatılıb:

“8-ci dəfədir keçirilən TEKNOFEST-i ilk dəfə 2018-ci ildə təşkil etdik. Əslində elə o vaxtdan 100-dən çox ölkədə bu layihəni gerçəkləşdirə biləcəyimizi müəyyən etdik. Əgər 2018-ci ildə bu tədbiri TEKNOFEST, Sənaye və Texnologiya Nazirliyi və 28 tərəfdar qurumla birlikdə təşkil etmişdiksə, hazırda 123 tərəfdaşımız var. Bu ilki TEKNOFEST-ə 44 fərqli kateqoriyada 3 min komanda, 12 min iştirakçı qatılıb. 2018-ci ildə qaliblərə 2 milyon lira mükafat təsis edilmişdisə, hazırda bu məbləğ 20 milyon lirədir”. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TEKNOFEST-2023 başa çatıb, bu il festivalı 4,6 milyon insan ziyarət edib

02-10-2023

Ərdoğan: "Artıq “TEKNOFEST" öz sahəsində brendə çevrilib”

29-04-2023

Selcuk Bayraktar: “TEKNOFEST” festivalına maraq rekord səviyyəyə çatıb

02-10-2024

Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

22-08-2023

İstanbulda növbəti TEKNOFEST-ə start verilib

17-09-2025

“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib

17-02-2023

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025

Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

27-08-2021

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“TEKNOFEST” Şuşada da keçirilə bilər

07-02-2022

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

"Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq"

29-04-2023

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

Türkiyədə 10-cu “TEKNOFEST” festivalına start verilib

02-10-2024

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı açıqlanıb

25-03-2025

“TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib.

27-01-2024

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

Azərbaycanın “İti qovan”ları “Teknofest”də

31-08-2022

“TEKNOFEST KKTC 2025” müsabiqəsinə müraciətlər başlayıb

10-01-2025

"Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi bizim üçün xoşbəxtlikdir"

02-10-2023

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

19-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə