Previous Next
Bağla

BDU-nun kafedra müdiri APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi tədbirində məruzə edib

22-09-2024 08:55
BDU-nun kafedra müdiri APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi tədbirində məruzə edib

“Azərkosmos”, APRSAF və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) təşkilatçılığı, Bakı Dövlət Universiteti (BDU), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “SABAH” qrupları layihəsinin dəstəyi ilə APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi (APRSAF-30 International Stargazing Event) tədbiri keçirilib.

BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri dosent Kəmalə Alışeva tədbirdə məruzə ilə çıxış edib.

Xeberler.az bildirir ki, bu barədə BDU-dan məlumat verilib. Kəmalə Alışeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin kosmos sahəsinin inkişafı, elmi-texniki əməkdaşlığın beynəlxalq miqyasda genişləndirilməsi və perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı tarixi xidmətlərinə, Prezident İlham Əliyevin hakimiyyəti illərində uzunmüddətli strateji yanaşma ilə kosmik sahənin yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılmasına dair iştirakçıları məlumatlandırıb. O, çıxışında Azərbaycanda astronomiya elminin keçdiyi tarixi inkişaf yolu, bu sahəyə töhfə vermiş azərbaycanlı alimlər, ölkəmizdə fəaliyyət göstərən rəsədxanalar, səma cisimlərinə adları verilmiş ictimai xadimlər, Bakı səmasında yer alan səma cisimləri barədə məlumat verib, “Kasseqren-Shcit” teleskopu vasitəsilə əldə olunmuş səma obyektlərinin fotoşəkillərini şərh edib.

Tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin 300-dən artıq tələbəsi, pedaqoji heyət üzvləri və alimləri iştirak edib.

Tədbir çərçivəsində eyni saat aralığında ayrı-ayrı ölkələrdə kosmik fəzanın müşahidəsi aparılıb və dünyanın müxtəlif rəsədxanalarından çəkilmiş kosmik cisimlərin canlı müşahidəsi yayımlanıb. Dünyada tanınmış alimlərin, gənc tədqiqatçı və tələbələrin iştirak etdiyi tədbir insanları ulduzlar, kainat və kosmos təhsili barədə maarifləndirməyə, ulduzların və bürclərin səmadakı vəziyyətinin enlik və vaxt zonası ilə necə dəyişdiyini öyrənməyə, eyni zamanda, kosmik fəza müşahidəsi altında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsinə yönəlib.

APRSAF ölkələrinin kosmik aktorlarının, icmalarının fəal iştirak etdiyi tədbir çərçivəsində ABŞ-da fəaliyyət göstərən Yaponiya Milli Astronomiya Rəsədxanasının, Yaponiyada fəaliyyət göstərən Yaponiya Milli Astronomiya Rəsədxanasının, Avstraliya Milli Universiteti və Qravitasiya Kəşf Mərkəzinin, Vyetnam Milli Kosmik Mərkəzinin və BDU-nun əməkdaşları təqdimatlar ilə çıxış ediblər.

İlk dəfə 1993-cü ildə Yaponiyanın Tokio şəhərində keçirilmiş Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF) dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbirlərdən hesab olunur. Forum 52 ölkədən 844 nüfuzlu təşkilatı və 32 beynəlxalq qurumu bir araya gətirərək ev sahibliyi edən yerli tərəfdaşın birgə təşkilatçılığı ilə fərqli ölkələrdə keçirilir. Hər il baş tutan Forumda dünyanın aparıcı kosmik agentliklərinin, elmi mərkəzlərin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektorun təmsilçiləri və gənc tədqiqatçılar daxil olmaqla 50-dən çox ölkə üzrə 500-dən artıq nümayəndə iştirak edir. Beş işçi qrupdan ibarət Forum peyk tətbiqləri, kosmik tədqiqatların təkmilləşdirilməsi, kosmik təhsil, kosmik cəbhə, kosmik diplomatiya və hüquq, eləcə də kosmik sənaye kimi istiqamətlərdə fəaliyyət göstərir. Forum, həmçinin iştirakçı tərəflərin qarşılıqlı əməkdaşlıqdan faydalanması üçün fəlakətlərin idarə edilməsi və ətraf mühitin mühafizəsi kimi məsələlərə dair beynəlxalq layihələrin yaradılmasını dəstəkləyir.

APRSAF Asiya-Sakit Okean regionunda kosmosla əlaqədar regional və qlobal məsələləri həll etmək və konkret həllər tapmaq naminə “Sentinel Asia” (Fəlakətlərin idarə edilməsi), “SAFE” (Ətraf mühit üçün kosmik tətbiqlər), “Climate R” (Əsas iqlim missiyaları üçün regional hazırlıq icmalı), “Kibo-ABC” (“Kibo” istifadəsi ilə Asiya ölkələrinin faydalı əməkdaşlığı), NSLI (Milli kosmik qanunvericilik) kimi beynəlxalq təşəbbüs layihələrini təklif edir.

Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edir. AQEM Xarici İşlər Nazirləri Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib. Qərara əsasən, sədrlik çərçivəsində ölkəmiz 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi edəcək.

Ölkəmizin AQEM-dən sonra APRSAF-a inteqrasiyası məqsədilə Azərbaycan Respublikası Kosmik Agentliyi (“Azərkosmos”) və APRSAF arasında əməkdaşlıq çərçivəsində silsilə inteqrativ layihələr həyata keçirilməkdədir.

APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi tədbiri APRSAF regionu ölkələri və Azərbaycan arasında müvafiq sahədə tədqiqat və elmi-təcrübə mübadiləsinin artırılmasına töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025

Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində qalib olub

29-11-2024

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Beynəlxalq Kosmik Poster Müsabiqəsinin qalibləri mükafatlandırılıb

17-12-2024

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib

07-02-2025

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-01-2025

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024

“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

26-10-2021

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

24-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə