Previous Next
Bağla

Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində qalib olub

29-11-2024 11:58
Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində qalib olub

Avstraliyanın Pers şəhərində APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsində azərbaycanlı şagirdlər 14 ölkə arasından seçilərək birinci yerin qalibi olublar.

Xeberler.az məlumat verir ki, müsabiqə nəticələri 26-29 noyabrda Avstraliya Kosmik Agentliyi və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun (APRSAF) 30-cu sessiyası daxilində elan olunub.

Beynəlxalq Kosmik Poster Müsabiqəsi hər il Asiya-Sakit okean regionu ölkələrindən, eləcə də əməkdaş-assosiativ üzv ölkələrdən üç mərhələ üzrə 4000-dən artıq 5-9-cu sinif şagirdlərini bir araya gətirir.

Bu il Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsinin milli mərhələsi həyata keçirilib.

Müsabiqənin milli mərhələsində ümumtəhsil müəssisələrinin 25 məktəblisi “Kosmik səyahət” mövzusuna həsr olunmuş rəsm əsərləri ilə iştirak edib. Müsabiqə nəticələrinə müvafiq olaraq 3 məktəbli müsabiqənin milli mərhələsinin qalibi adını qazanaraq Avstraliyaya yollanıb.

Müsabiqədə ölkələr üzrə ümumilikdə 1712 məktəbli iştirak edib, 1462 rəsm əsəri müsabiqəyə təqdim olunub. Müsabiqənin beynəlxalq mərhələsində ölkəmizi təmsil edən 3 məktəblimiz 33 iştirakçı sırasında müsabiqənin ən yüksək dərəcəyə malik 5 mükafatından 3-nə layiq görülərək təltif olunub. Həmin məktəblilər APRSAF-30

Beynəlxalq Kosmik Poster Müsabiqəsinin aşağıdakı mükafatlarına layiq görülüblər:

1. Kövsər Qurban – İlin ən yaxşı posteri mükafatı
2. Əsma Həsənzadə – Xüsusi poster mükafatı
3. Ayxan Məhərrəmli – Avstraliya Kosmik Agentliyinin mükafatı

Bu qalibiyyəti istedadlı azərbaycanlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiya texnologiyaları, rəqəmsal bacarıqlar, eləcə də şagirdlərin beynəlxalq olimpiadalar və müsabiqələrdə ölkəmizi təmsil etməsi istiqamətində növbəti uğur kimi qiymətləndirmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Kosmik Poster Müsabiqəsinin qalibləri mükafatlandırılıb

17-12-2024

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

BDU-nun kafedra müdiri APRSAF-30 Kosmik Fəzanın Müşahidəsi tədbirində məruzə edib

22-09-2024

CanSat Azərbaycan 2020 tələbə model peyk müsabiqəsi başlayıb

19-12-2019

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024

Azərbaycan məktəbliləri Beynəlxalq Kosmik Olimpiadada II yerə layiq görülüblər

30-05-2025

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

Nazir Rəşad Nəbiyev Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

02-10-2023

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Azərbaycanda ilk dəfə Beynəlxalq Kosmik Olimpiada keçiriləcək

14-10-2024

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

“Proqress” orbitdən çıxaraq atmosferin sıx qatlarında yanıb

08-05-2015

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisinə kömək edəcək

10-10-2023

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə