Previous Next
Bağla

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-01-2025 11:02
Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-25 apreldə ölkəmiz növbəti kosmik tədbirə – Kosmik Texnologiyalar Konfransına (Space Technology Conference STC-2025) ev sahibliyi edəcək.

Xeberler.az bildirir ki, tədbir Azərkosmosun “Dialogue Events Ltd.” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.

Bu konfrans Mərkəzi Avrasiya regionunda kosmik sahənin inkişaf perspektivlərini müzakirə etmək, kosmik texnologiya və tədqiqat sahəsində yeni tendensiyaları nəzərdən keçirmək, bilik mübadiləsi aparmaq və yeni regional əməkdaşlıqların qurulması üçün unikal bir platformadır.

Bu il tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sahədə texnologiyaların vacib rolunu vurğulamaqla yanaşı, bu sahədə innovasiyaların və tədqiqatların təşviqində regional mövqeyimizi gücləndirmək üçün imkan yaradacaq.

Konfrans kosmos sahəsində 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirəcək. Bakı “STC-2025” konfransına Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan iştirakçılar qatılacaq.

Artıq dördüncü dəfə keçiriləcək “STC” konfransında kosmik agentliklərin liderləri, dövlət sektoru və özəl kosmik şirkətlərin nümayəndələri, investorlar, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər. 

Konfransda:
1. Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi;

2. Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu;

3. Kosmik sənayedə innovasiya və investisiyalar;

4. Kiçikölçülü peyklər;

5. Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası;

6. Regional çağırışlar üçün peyk texnologiyalarının rolu kimi aktual mövzulara toxunulacaq.

Qeyd edək ki, konfransdan bir gün əvvəl – 23 apreldə Türk Dövlətləri Təşkilatının üzvləri – Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və müşahidəçi üzvləri – Macarıstan və Türkmənistanın kosmik agentlik rəhbərlərinin növbəti toplantısı keçiriləcək.

Tədbir və qeydiyyat haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025
Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

24-04-2025
Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

24-04-2024
Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb

Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb

26-04-2025
Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026
“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023
Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024
Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025
Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022
Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025
Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022
Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021
Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019
Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

11-05-2022
Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025
Azərkosmosun sədri Beynəlxalq Astronavtika Federasiyasına  vitse-prezident seçilib

Azərkosmosun sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

15-10-2024
“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb

“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb

24-04-2025
Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022
Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022
Azərkosmos və “Voyager Space” arasında memorandum imzalanıb   

Azərkosmos və “Voyager Space” arasında memorandum imzalanıb  

22-09-2022
Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022
Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

03-04-2026
“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir

“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir

24-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə