Previous Next
Bağla

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024 16:35
Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir.

Xeberler.az məlumat verir ki, konqresin “Dayanıqlılıq naminə kosmik məsuliyyət” mövzusuna uyğun olaraq gənclər əsasən biomühəndislik bitkiləri ilə mikro qravitasiya mühitində karbonun idarə olunması, kosmik mühitin insan bədəninə təsiri, kosmosda fizioterapiya, kosmosda hüquqi tənzimlənmə qaydaları, kosmosda həyat elmləri, peyklərin missiyası və yerin müşahidəsi mövzularında elmi çıxışlar edir, öz araşdırma və yanaşmalarını təqdim edirlər.

Milan Konqresində 200 texniki sessiyada 2400-ə yaxın elmi məqalə təqdim olunur.

50-yə yaxın tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda konqres vasitəsilə bu sessiyalarda müxtəlif ölkələrdən olan gənclərlə ünsiyyət qurur, kosmosun gələcəyi barədə fikir mübadiləsi apara bilir.

Xatırladaq ki, milli elmi komanda Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə qlobal platformada ölkəmizi təmsil edir.

Qeyd edək ki, Milan Konqresinə 120 ölkədən 11,000-dən çox iştirakçı qatılıb. Konqresin sərgi pavilyonunda Azərbaycanın Kosmik Agentliyi ilə yanaşı, Avropa Kosmik Agentliyi, ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA), Türkiyə, Böyük Britaniya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya, Almaniya və digər ölkələrin kosmik qurumları iştirak edirlər.

Milan Konqresi innovasiya, kosmosda dövlət-özəl tərəfdaşlığı, NASA-nın “Artemis Accords” Ay missiyası, kosmik kəşflər: Aydan Marsa doğru, kosmosda tibbi araşdırmalar, kosmosda biznes və investisiya, sahibkarlıq, kosmik iqtisadiyyat, kosmik resursların dəyəri haqqında interaktiv sessiyalar və zəngin proqramlarla bu həftə dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc  təmsil edəcək

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024
BDU tələbələri 75-ci Beynəlxalq Astronavtika Konqresində təqdimat edib

BDU tələbələri 75-ci Beynəlxalq Astronavtika Konqresində təqdimat edib

17-10-2024
2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024
Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023
Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025
Milanda 75-ci Beynəlxalq Astronavtika Konqresi keçirilir

Milanda 75-ci Beynəlxalq Astronavtika Konqresi keçirilir

14-10-2024
Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

25-06-2023
Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022
Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

11-04-2025
Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021
Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi sponsor sayına görə rekord həddə çatıb

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi sponsor sayına görə rekord həddə çatıb

04-09-2023
Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022
Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022
Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

30-09-2023
Bakıda ilk dəfə "Kosmik Nəsil Konqresi" keçiriləcək

Bakıda ilk dəfə "Kosmik Nəsil Konqresi" keçiriləcək

27-04-2023
Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019
Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub

02-10-2023
Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022
“Azərkosmos” azərbaycanlı alimlər, elm adamları və tədqiqatçıları kosmik sahə üzrə müsabiqələrə dəvət edir

“Azərkosmos” azərbaycanlı alimlər, elm adamları və tədqiqatçıları kosmik sahə üzrə müsabiqələrə dəvət edir

08-12-2020
Zəlzələni əvvəlcədən proqnozlaşdıran sistem yaradılır

Zəlzələni əvvəlcədən proqnozlaşdıran sistem yaradılır

30-11-2015
Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023
Azərbaycanlı professor: "Beynəlxalq ictimaiyyət kosmik araşdırma üzrə öncül mövqeyimizi qəbul edir"

Azərbaycanlı professor: "Beynəlxalq ictimaiyyət kosmik araşdırma üzrə öncül mövqeyimizi qəbul edir"

03-10-2023
“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

26-10-2021
Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə