Bill Qeyts öz uşaqlarına iPod və iPhone istifadə etməyə qadağa qoyub

03-03-2009 / 20:48

Microsoftun əsasını qoyan Bill Qeyts öz uşaqlarına Apple iPod pleyerlərindən və iPhone smartfonlarından istifadə etməyi qadağan edib.

Qeytsin üç övladı var. Böyük qızı Cenniferin 12 yaşı var."Bizim uşaqlara bir neçə əşyadan istifadəyə qadağa qoyulub, iPod və iPhone də bu siyahıdadır"-deyə Qeytsin xanımı Melinda "Vogue" jurnalına bildirib.

Hələ 2007-ci ildə Qeyts bildirmişdir ki, heç vaxt iPhone almaz, çünki o nömrəni bir əli ilə yığmağı sevir. O həmçinin demişdi ki, iPhone`nin yeganə üstün cəhəti onun proqram təminatıdır. 2006-cı ildə isə Microsoftun baş icraçı direktoru Stiv Balmer CNN kanalına müsahibə verərkən etiraf etmişdi ki, öz uşaqlarına İPoddan və hətta Google axtarış sistemindən istifadəyə icazə vermir.

Qeyd edək ki, Microsoft və Apple, eləcə də Google və Microsoft barışmaz rəqibdirlər. Çox güman ki qadağaların səbəbi də məhz budur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə