Google Earth proqramı artıq iPhone-da

31-10-2008 / 19:00
Artıq Apple iPhone kommunikatoru və iPod Touch mediasəsləndiricisinə malik olan istifadəçilərin də Google Earth proqramını yükləmək imkanı var. Əvvəllər isə bu proqramı yalnız stolüstü kompüterlərə yükləmək olurdu. Google Earth proqramını iTunes App Store xidməti vasitəsilə pulsuz yükləmək mümkündür.
Google şirkəti bu yeniliklə əlaqədar proqramın imkanlarını göstərən təqdimat videoçarxı buraxıb.
Qeyd etmək lazımdır ki, iPhone və iPod Touch intuitiv və rahat naviqasiyanı təmin edir.
Proqram hazırlayanlar, hətta qurğuya ekrana toxunmadan 3D-landşaftlara baxma bucağını dəyişmək imkanı verən ötürücü əlavə ediblər.
Istifadəçilər Wikipedia məqalələrinin və Panoramio fotoşəkillərinin köməyi ilə olduqları məkan haqqında geniş informasiya toplaya bilərlər. GPS-naviqasiyalar hesabına gedəcəkləri yerlə əlaqədar xəritə yerləşdirmək imkanına da malik olacaqlar. Genişlənmiş axtarış üsulları lazım olan küçəni tez tapmağa, hətta yaxınlıqda olan kafeni göstərməyə kömək edəcək.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə