“Bloq-dünyaya yeni pəncərə” adlı seminar keçirildi

29-03-2011 / 21:36

“Azadlıq Naminə” Fridrix Naumann Fondunun (FNF) maliyyə dəstəyi və Azərbaycan Liberal Gənclər Assosasiyasının (ALGA) təşkilatçılığı ilə 24-26 mart, Novxanıda “Bloq-dünyaya yeni pəncərə” adlı bloqçular üçün seminar təşkil etmişdir.

Seminarda- sosial şəbəkələr, bloqçuluq, xalq jurnalsitikası, azərbaycanda bloqçuluq üçün mövcüd baza və digər mövzülar müzakirə olunmuşdur. Bloqçular qrup şəklində “Bloqçuluğun texniki, hüquqi, yaradıcılıq aspektləri” mövzusunda və fərdi yeni posla təqdimatla çıxış etdilər.

Seminarın spikerləri- Reportyotların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ) direktoru Emin Huseynov, FNF-in Cənubi Qafqaz üzrə layihə rəhbəri Yasemin Pamuk, FNF-in Azərbaycan üzrə müşaviri Ərəstun Oruclu ilə gənc bloqçular arasında Azərbaycan bloqosferinin vəziyyəti barədə fikir mübadiləsi edilib. Seminarda 30-dan çox bloqqer iştirak etmişdir. Tədbirin təşkilatçı partnyoru “Free Person” İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti (Bizlər Koalisiyası)dır. Seminar boyunca ən yaxşı 3 prezentasiyanın sahibi layihənin davami olaraq Gürcüstana tədbirə göndəriləcəkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə