Azərbaycanın “ASAN xidmət” modeli dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından uğurlu təcrübədir və hazırda bir sıra ölkələr bu modeli tətbiq edir.
Xeberler.az məlumat verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclasda deyib.
O bildirib ki, inteqrasiya olunmuş dövlət xidmətləri, onlayn platformalar və mobil tətbiqlər xidmətlərin əlçatanlığını artırır: “Xüsusilə “ASAN xidmət”in səyyar xidmətləri ucqar kəndlərdə yaşayan insanların müxtəlif dövlət xidmətlərindən vahid məkanda yararlanmasına imkan verir”.
D.Şlapaçenko Azərbaycanda “ASAN xidmət”lə əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edərək bu modelin beynəlxalq səviyyədə yayılmasını xüsusi vurğulayıb.
BMT rəsmisi, həmçinin qeyd edib ki, rəqəmsal xidmətlərin inkişafı zamanı əhalinin müxtəlif qruplarının ehtiyacları nəzərə alınmalıdır: “Dil, yaş, əlillik, gəlir səviyyəsi və yaşayış yeri xidmətlərdən istifadəyə təsir göstərə bilər. Buna görə də xidmətlər vətəndaşların iştirakı ilə hazırlanmalı, onların əlçatanlığı əvvəlcədən sınaqdan keçirilməlidir”.
O, rəqəmsal bacarıqların artırılmasının vacibliyini də vurğulayaraq bildirib ki, insanlar internetdəki məlumatların etibarlılığını yoxlamağı, təsdiqlənməmiş məlumatları müəyyənləşdirməyi və rəqəmsal mühitdə məsuliyyətli ünsiyyət qurmağı bacarmalıdırlar.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları